İlk zəvvar qrupu Həcc ziyarətinə yola düşdü

İlk zəvvar qrupu Azərbaycandan Həcc ziyarətinə yola düşüb.
Ulusum.az xəbər verir ki, ilk zəvvar qrupunda 180 nəfər var.
Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri APA-ya açıqlamasında bildirib ki, ilk zəvvar qrupu 05:35-də Bakıdan təyyarə ilə yola düşüb, 08:45-də isə Səudiyyət Ərəbistanına çatacaq. Bu gün 180 nəfərlik ikinci zəvvar qrupu isə 16:35-də yola düşəcək.
Vüsal Cahangiri qeyd edib ki, ən kiçik zəvvar 2013, ən yaşlısı isə 1940-cı il təvəllüdlüdür.
Qeyd edək ki, Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbuluna fevralın 12-dən başlanılıb. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək. Bu il Azərbaycandan Həcc ziyarəti üçün 1500 kvota ayrılıb.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Hadisə
Dünən, 18:41
Röya Ayxanın atası vəfat etdi
Köşə
Dünən, 18:25
Filtrlərin arxasında itən gerçəklik
Mətbəx
Dünən, 18:00
Zoğal Mürəbbəsi — Təbiətin Şirin Sirri
Sağlamlıq
Dünən, 17:34
Hansı qadınlarda insult riski daha yüksəkdir?
Sağlamlıq
Dünən, 17:30
Bağırsaq xərçəngindən necə qorunaq?
İdman
Dünən, 17:24
Aygül Abdullayevaya vəzifə verildi
Populyar Xəbərlər
Əxlaqsızlığı görüb çəkən – cinayəti örtən qədər günahkardır!
Fərizə — Vəfanın, Sevginin, Qəhrəmanlığın adı - VİDEO
Filtrlərin arxasında itən gerçəklik
Mənim mütləq hazırladığım ləzzət: Qış üçün sobada bişmiş bolqar bibəri
325 milyonluq superyaxta hərraca çıxarılır — sahibinin kimliyi şübhə doğurur
Cəlilabadlı qadın kəndə hücum edən çaqqalı əl gücü ilə məhv etdi - VİDEO