Münasibətləri bu üsulla yoluna qoyun - Psixoloq açıqlaması

Münasibətlərdəki münaqişələrin sülh yolu ilə həlli mümkündürmü?
Tanınmış uzman-Psixoloq Kıvılcım Yücelen bu mövzuda pasientəri üzərində eksperiment aparıb.
Beləliklə, uzman-prixoloq evli cütlüklərarasındakı buzların əriməsi"nin mümkünlüyü qənaətinə gəlib.
Ulusum.az xəbər verir ki, bununçün 3 önəmli məqama diqqət etmək lazımdır.
Bunlardan birincisi, səmimi özünütənqid etmək və buna uyğun tədbirlər görmək bacarığıdır. Qadın-kişi münasibətlərində yaşanan neqativlərin əksəriyyəti "taleyüklü" deyil, zəncir şəklində açılan yolların gedişidir. Bir sözlə, yaşadıqlarımız mənfi və ya müsbət hallar atdığımız addımlarımızın nəticəsidir. Əslində məsuliyyət öz üzərimizdədir. Lakin bu məsuliyyəti daşımaq ağırdır. Nəticədə insan ya məsuliyyəti başqasına, qarşı tərəfə yönəltməyə çalışır, ya da özündən asılı olmayaraq, bir travma kimi gələcəkdə baş verən hər şeydə özünü günahkar hesab edir.
Münasibətlərdə rast gəlinən mübahisələr və onun acı nəticələri
Əksər insanlar yola getməmək, başa düşülməmək və ya anlaya bilməmək kimi məqamlarda onun səbəbini qarşı tərəfdə görürük.
Lakin unutmayaq ki, biz öz aləmimizdə nə qədər haqlıyıqsa, digər bir tərəf də eyni hissləri yaşayır. Biz onun hisslərini anlamağa və ya anlatmağa məhəl qoymuruq.
"Hər zaman haqlı mənəm" düşüncəsi cütlüklər arasında münasibətləri uçuruma aparır. Bu o zaman mümkün oa bilər ki,
Əgər digər tərəfin fikir və davranışları sizə şifahi və ya fiziki zorakılıq, şəxsiyyətə sistematik təzyiq, kobud səhlənkarlıq olaraaq vəziyyətə gəlib çıxıbsa, bu zaman mütləq mütləq özünüzü qorumalısınız.
Münasibətlərdə sizə uyğun olmayan, xoşunuza gələn, gözləntilərinizə cavab verməyən rahat bir şəkildə ifadə edə bilərsiniz.
Sağlam ünsiyyətdə bu ifadə dinlənilir, nəzərə alınır və həlli istiqamətində yollar axtarılır.
Burada vacib olan hər iki tərəfin bu münasibətləri qorumaq niyyətidir. Bu niyyət mövcud olduqdan sonra "alış-veriş" adlandırdığımız müzakirə başlayır. Hər iki tərəf bir-birlərinə bəxş etdikləri yaşam tərzindən, yaxud hisslərdən necə məmnun ola biləcəkləri haqqında danışır.
Kıvılcım Yücelen bildirir ki, vacib olan düşüncələrimzdir; Bu tarazlığı tapmaq, lazım gəldikdə inkişaf üçün açıq olan bir aspektlərin olduğunu qəbul etmək lazımdır.
Qısası, əgər tərəflərin niyyəti münasibətləri davam etdirməkdirsə, onlarda özünütənqid və dəyişiklik motivləri varsa, digər tərəfin vəziyyəti nəzərə alınmaqla gözləntilərini formalaşdıra bilsələr, bu fikir ayrılığına əsas yoxdur.
İstənilən halda, hər dərdin həllində danışmaq, danışaraq bir-birini anlamaq dayanır. Çalışın, problemlərinizi cəmiyyət içərisinə daşımaqdan öncə aranızda danışaraq həllinə yönəlin, ən azından birlikdə yaşadığınız xoş günlərin xatirinə....
Aymirə Ağamirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 11:56
Pasxa atəşkəsi: Sakitlik uzun çəkmədi...
Hadisə
Bu gün, 11:46
Bakıda anbar yanır
Şou-biznes
Bu gün, 11:44
Məhkəmə İlhamə Elşadqızı ilə bağlı - QƏRAR VERDİ
Cəmiyyət
Bu gün, 11:20
Mayın 1-dən “e-bülleten” sisteminə keçilir
Maraqlı
Bu gün, 11:00
Leninin hansı sirləri var idi?
Cəmiyyət
Bu gün, 10:48
Sarıcalı və Ballıcaya növbəti köç
Hadisə
Bu gün, 10:32
FHN: Bakıda kitabxana yanıb
Populyar Xəbərlər
Yeni Yaşımın Səssiz Gücü
Əlisultan İsgəndərzadə – Zəhmətlə Yoğrulmuş Ömür
Rəxşəndə – Günəşi Ürəyində Daşıyan Qadın
"Ulusum.az"-ın İşığı, Rəxşəndə İkram qızı — Doğum Günün Mübarək!
Xəzər Universitetində “Maarifçi” Proqramına Maraqlı Start!
Yaxşılıqla Gözəlləşən Dünya: Yunus Əmrənin İşığında Jalə Cəfərovanın Söz Yolu