1-06-2024, 07:00 0 Gündəm / Cəmiyyət

Uşaqlar Günündə bürclər böyüklər üçün nə vəd edir?

Uşaqlar Günündə bürclər böyüklər üçün nə vəd edir?
Ulusum.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir:

Qoç - gün yeni və yaxşı imkanlar yaradır. Qətiyyətli, təşəbbüskar olun, fəndgir davranın. Belədə əhəmiyyətli irəliləyişə nail ola bilərsiniz.

Yeni tanışlıqlar olacaq və sizin haqqınızda müsbət fikir formalaşacaq.
Əməlləriniz, addımlarınız ekstravaqant, orijinal ola bilər. Təvazökar və sadə olun.

Uğurlu səfər, anlaşma və ya müzakirə istisna deyil. Yaşlı qohumlardan biri ilə fikir ayrılığı yarana bilər.

Axşam saatlarında sizə antipatik insanla ünsiyyət məcburiyyətində qalacaqsınız.
Ciddi münaqişəyə imkan verməyin.

Buğa - günün emosional fonu əlverişli deyil. Kiçik və önəmsiz məsələlərə görə qıcıqlanmayın, səbrsiz davranmayın. İstənilən tənqidi sinirli halda qəbul etməyin.

Soyuqqanlı olun, əks təqdirdə işdə və şəxsi həyatda problemləri effektiv həll edə bilməyəcəksiniz.
Maliyyə itkiləri, uğursuz anlaşma və sövdələşmələr ola bilər.

Gün imicin köklü dəyişdirilməsi üçün əlverişlidir.
İşlərinizə müdaxilə etmək və gərəksiz məsləhətlər vermək istəyən insanlarla diqqətli olun. Bu adamlarla aqressiv davranmayın.

Ev işləri sizi usandıra bilər, amma çalışın. Axşam saatlarında xoş xəbər eşidəcəksiniz.

Əkizlər - səhər tezdən işlərə aktiv başlayın. Günün ilk yarısı yaşanan olaylara pozitiv təmayüllərin təsiri böyükdür. Yaranan imkanları və şansları əldən verməyin.

Çətin vəziyyətdən çıxış yolu tapacaq, yeni uğurlara nail olacaqsınız.
Köhnə tanışların yardımından istifadə edərək sənədləşdirmə ilə bağlı məsələləri həll edin.
Gün sürprizlər vəd edir. Qəfil hadisələr burulğanında süst qalmayın, fəal olun.

Düşünülmüş addımlar atın. Fikri və mövqeyi sizin üçün önəmli olan insan əməllərinizdən xəbər tutacaq.

Xərçəng - yeni tərəfdaş, tanışlıq, işgüzar əməkdaşlıq variantlarının axtarışı üçün əlverişli gün deyil. Bu gün görüşəcəyiniz insanlar problemlərini bölüşəcək, sizdən kömək istəyəcəklər. Sizə dəstək olmaq istəyən insan yoxdur.

Əldə etdiyiniz maliyyə vəsaitini məntiqlə xərcləyin. Alış-veriş üçün uğurlu gündür.

Ciddi və önəmli məsələlərin müzakirəsində konstruktiv, məhsuldar olun. Planların həyata keçirilməsi anı çatanda işdən yayınmayın. Görməli olduğunuz işi başqasına həvalə etməyin.

Günün ikinci yarısında əhəmiyyətli və real nailiyyətə bel bağlamayın.
Axşam saatlarında yaşam məcrası pozitiv istiqamətdə olacaq.

Şir - mühüm məsələləri təhlil etmək, gələcəklə bağlı planları nəzərdən keçirmək üçün yaxşı gündür. Can atdığınız məqsədi dəqiqləşdirin. Kimsəyə imkan verməyin ki, irəliləyişinizi yavaşıtsın, sizə mane olsun. Mövqeyinizi və baxışlarınızı qətiyyətlə müdafiə edin.

Belə olarsa, yaxın ətrafınızdakı insanlarla yanaşı, nüfuzlu şəxsin də rəğbətini qazanacaqsınız.
Planlaşdırılmamış səfər baş tuta bilər. Maraqlı tanışlıqlar istisna deyil.

Yaşlı qohumlarla ünsiyyətdə səbrli olun. Kiminləsə ümumi dil tapa bilməyəndə, münaqişənin alovlanmasına rəvac verməyin.

Axşam saatları ağrı riski var.

Qız - gözlənilməyən problemlər yaranacaq. İşlə bağlı məsələlərin həlli o qədər səy və enerji tələb edir ki, əldə etdiyiniz nailiyyətlərə sevinməyə həvəs qalmayacaq. İş yoldaşlarınız və yaxın ətrafınızdakı insanlar qələbələrinizin miqyasını hələ anlamırlar.

Əvəzində onlar ən kiçik səhvinizi sezirlər.
Dostlar sizi pərişanlığa düçar olmağa qoymayacaqlar. Onların yardımından yararlanın.

Həyat tonusunuzun səviyyəsi aşağıdır. Bu səbəbdən yeni işə, layihəyə və ya sifarişin yerinə yetirilməsinə başlamayın. Özünüzü qoruyun. Zərərli vərdişlərdən tam asılı olmayın. Düzgün qidalanın.

Alış-verişdə çox pul xərcələməyin, bədxərclik etməyin.

Tərəzi - əlaqələr və təmaslardan birində ciddi problemlər yaranacaq. Başqa vaxtlarda nəyin bahasına olursa-olsun, yaxşı münasibətləri qorumağa çalışdığınız insanla bu gün mübahisə edə bilərsiniz.

İşgüzar tərəfdaşlar, dostlar və həmkarlarla münasibətlərdə sərt davranmayın, aqressiv olmayın. Düşündüyünüzü deməyin, başqalarının hisslərini nəzərə alın.

Yeni anlaşma, sövdələşmə, danışıqlar, sifarişin alınması və ya layihəyə başlamaq üçün yaxşı gün deyil.

Pullarınızı çox ehtiyatla xərcləyin. Xoşunuza gələn və dərhal almaq istədiyiniz əşyanın nöqsanlardan xali olmadığını bilin.

Əqrəb - sağlam məntiq çərçivəsindən kənara çıxmayın. Yalnız belə davransanız, qarşısnıza qoyduğunuz məqsədlərə çata bilərsiniz.

Emosiyalar sizin düşməninizdir. İntuisiya sizə yalnız eşitmək istədiklərinizi deyəcək. Bəxt və uğura güvənməyin. Dostlar və müttəfiqlər yalnız siz aktiv fəlaliyyətə başlayandan sonra köməyə gələcəklər.

Yeni tanışlıqlar, romantik münasibətlərin başlanması üçün əlverişli gün deyil. Yaxın ətrafınızdakı insanlardan birindən şübhələnəcək, bədgüman olacaqsınız.

Sevdiyiniz insanla münasibətləri gərməyin, qarşılıqlı iddialara keçməyin.

Oxatan - yeni işlərə başlamaq üçün əlverişli gündür. Mürəkkəb, geniş miqyaslı, çoxsaylı iştirakçıların olduğu iş başlanacaq.

Həmfikirlər qrupu toplayın, nüfuzlu insanın dəstəyini qazanın. Yaşamınızda köklü dəyişiklik etmək istəyirsinizsə, vaxtınızı itirməyin. Gün sizin üçündür.
Dəyər verdiyiniz, münasibətlərinizin yaxşı olduğu insanlarla təmaslara dəyər verin.

Düşmənlərinizlə qətiyyətli olun.
Çox maraqlı və cazibədar işgüzar təkliflər ala bilərsiniz.

Axşam saatlarında yetərincə istirahət edin.

Oğlaq - peşəkar həyatda ciddi uğurlar əldə etmək, rəhbərliklə münasibətləri yaxşılaşdırmaq, nüfuzlu insanla tanış olmaq mümkündür. Çox çalışmalı olacaqsınız. Özünüzü həddən ziyadə yormayın.

Başqalarının işlərinə müdaxilə etməyin. Həssas və diqqətli davranın. Yaxın insanı sonradan fəsadlarının aradan qaldırılmasının çətin olduğu səhvlərin buraxılmasından saxlayın.

Günün ikinci yarısına önəmli və yorucu işləri planlaşdırmayın.
Axşam saatlarından istirahət və relaksasiya üçün istifadə edin.

Dolça - mürəkkəb və çətin işlərlə məşğul olmayın. Diqqətli olun, təfərrüatlara fikir verin. Önəmli olan məsələləri diqqətdən qaçırmayın.

Fikriniz dağınıq olarsa, yanlışlıqlar sıralanacaq.
Maliyyə məsələlərini təkbaşına həll etməyin. Təcrübəli insanların məsləhətlərinə qulaq asın.

Yanlış təsəvvürlər və daşlaşmış ehkamlar sizə irəliləməyə mane olacaq. Mövqelərinizi müdafiə edərkən qətiyyətli olun. Doğru yol tutduğunuza əminsinizsə, əsla geri çəkilməyin.

Sizi dəstəkləyən insanlara fikir verin. Çətin anlarda onlara güvənə bilərsiniz.

Balıqlar - peşəkar maraqlar baxımından çoz uğursuz gündür. Səhvlər edir, hətta durumun aydın və sadə olduğu məkanlarda belə, yanlışlıqlara yol verirsiniz. Maliyyə və əmlak sənədləşdirilməsi ilə məşğul olsanız, çətinliklərlə qarşılaşacaqsınız.

Təxribatlara uymayın, mövqeləriniz arasında zəifləmiş ünsürlərdən kiminsə yararlanmasına imkan verməyin.

Yaxın ətrafınızdakı insanların sizdən sui-istifadə etməsinə şərait yaratmayın.
Yalançı günah hissi yaranmamalıdır. Əslində, pis işlə məşğul olmursunuz.

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: