Daha 18 milli standart hazırlanaraq təsdiq edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrliyi ilə fəaliyyət göstərən “Əmək sahəsində” standartlaşdırma (AZSTAND/TK21) üzrə Texniki Komitənin fəaliyyət planına əsasən əməyin mühafizəsi üzrə daha 18 milli standart hazırlanaraq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi təsdiq edilib.
Ulusum.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sözügedən standartlar fərdi mühafizə vasitələrinin təhlükəsizlik və texniki səmərəlilik tələblərini əhatə edir.
Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının tələblərinə uyğun hazırlanan standartlar bunlardır:
Qoruyucu geyimlər (ümumi tələblər, qaynaq və əlaqəli proseslər zamanı istifadə olunan qoruyucu geyimlər, həmçinin əllə idarə olunan zəncirli mişardan istifadə edənlər üçün qoruyucu geyimlər);
Metaltökmə zavodlarında və qaynaq işlərində ayaqqabılar;
Qoruyucu əlcəklər (təhlükəli kimyəvi maddələrə və mikroorqanizmlərə qarşı qoruyucu əlcəklər);
Göz və üzün mühafizəsi – “Sınaq üsulları”na dair tələbləri əhatə edir.
İş yerlərində işçilərə xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsi zamanı yeni standartların tələblərinə uyğun təşkil olunması, əməyin mühafizəsi qaydalarının təkmilləşdirilməsi, qüvvədə olan normalara və beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində mühüm önəm kəsb edir.
Dövlət Əmək Müfəttişliyi Xidməti ilə yanaşı, Fövqəladə Hallar Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Həmkarlar İttifaqları Konfederasiyasının təmsil olunduğu Texniki Komitə tərəfindən əmək sahəsi üzrə standartların hazırlanması istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, əməyin mühafizəsi sahəsində 2025-ci il üzrə hazırlanması planlaşdırılan 111 standartdan 35-i artıq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi qəbul olunub.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Ulusum Tv
Bu gün, 20:00
“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Yaradıcı Körpü VİDEO
Mətbəx
Bu gün, 17:30
Resept – Tərəvəzli Mal Əti
Mətbəx
Bu gün, 16:55
Quesadilla- Axşam yeməyi
Mətbəx
Bu gün, 16:43
Yaradıcı Bacarıqlarınızı Kəşf Edin
Sağlamlıq
Bu gün, 16:12
Yuxuda anidən ölüm riski var - FOTO
Mətbəx
Bu gün, 15:27
1 Qaşıq Qiymədən Dadlı və Asan Şorba - VİDEO
Sağlamlıq
Bu gün, 13:00
Arıqlayarkən meyvə yemək mümkündürmü?
Populyar Xəbərlər
“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Qlobal Sənət Körpüsü
Harun Çiçi: Saç Üzərində Yaradıcılıq və Emosional Portretlərin Ustası
Səmərqənd – Registan Meydanı VİDEO
“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Yaradıcı Körpü VİDEO
Aysel Xanlarqızı Safarlı – Poeziyada Millət və Duyğuların Səsi - VİDEO
Taşkəndin Tarixi İncisi – Baraxon Mədrəsəsi və Çorsu Bazarı - VİDEO