"Zəngəzur" dünyanın ən nüfuzlu elmi dərgisində

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı Zaur Əliyevin dünyada mövcud A kateqoriyalı və beynəlxalq xülasələndirmə bazası olan "Web of Science"də indeksləşən jurnallarda Azərbaycan həqiqətlərini nüfuzlu alimlərə çatdırmaq və mövzu üzrə yalnız bizə istinad edilməsi istiqamətində növbəti məqaləsi dərc olunub.
Ulusum.az xəbər verir ki, Kubada nəşr edilən "Universdad de Soseydad" nüfuzlu elmi jurnalda "Zəngəzur dəhlizi: dünyanın geosiyasi konyukturasında yeni mənzərə" adlı məqalədə müəllif mövcud siyasi prosesləri və tarixi faktları təhlil edib.
"Zəngəzur dəhlizinin strateji, iqtisadi və geosiyasi əhəmiyyəti və onun ticarət yolu kimi açılmasının potensial faydaları var. Mövcud qlobal iqtisadi kontekstdə dünya üzrə əsas yük axınları Asiyadan Avropaya yönəlir. Bu mənada Zəngəzur dəhlizinin bir hissəsi olduğu Böyük İpək Yolu, xüsusən də iqtisadiyyatları bu yeni keçid marşrutundan əhəmiyyətli dərəcədə faydalanacaq Çin və Avropa Birliyi üçün fundamental əhəmiyyət kəsb edir. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra regionda yeni geosiyasi reallıq bərqərar oldu və burada Zəngəzur dəhlizindən istifadə münaqişəyə son qoyan noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda öz əksini tapmış əsas elementlərdən birinə çevrildi. İnanırıq ki, Zəngəzur dəhlizinin açılışı regionun geosiyasi və iqtisadi dinamikasına transformativ təsir göstərəcək, iştirakçı ölkələr üçün yeni və dəyərli ticarət və qarşılıqlı əlaqə imkanları təmin edəcək, onların qlobal mövqelərini möhkəmləndirəcək. Bu strateji layihə təkcə Azərbaycan üçün deyil, həm də Türkiyə, Ermənistan və regionun digər dövlətləri üçün mühüm siyasi, iqtisadi və təhlükəsizlik faydaları yaratmaq potensialına malikdir", - müəllif yazıb.
Qeyd edək ki, məqalə bu istiqamətdə dünya səviyyəsində çıxan ilk elmi məqalədir və ciddi qaynaqlar və mənbələr, ekspert rəyləri əsasında hazırlanıb. Dünyanın elmi tədqiqat aparan alimləri üçün əsl həqiqətlərə istinad edilməsində məqalənin həm elmi, həm də siyasi əhəmiyyəti vardır.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 18:00
CNN: Tramp Zelenskiyə “acı həbi udmağı” tələb edir
Gündəm
Dünən, 17:42
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO
Siyasət
Dünən, 16:48
İlham Əliyev İsrailin yeni səfirini qəbul edib
Mətbəx
Dünən, 16:20
Moruq Jelesi – Yayın Şirin Sehrı
Populyar Xəbərlər
12 avqust – gənclərin səsi, enerjisi və gələcəyin ümididir
Rusiyada Şimali Koreyalı İşçilərə “Qul” Kimi Münasibət
Qışa hazırlıq: Bilənlər bilir…
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO