4000 il əvvəl qədim Misirdə xərçəng əməliyyatı

Qədim Misirdə xərçəng xəstəliyinin müalicəsinə dair yeni tapıntılar, tibbin tarixində mühüm bir addım kimi qiymətləndirilir. Təxminən 4000 il əvvələ aid bir kəllə sümüyündə aşkar edilən izlər, qədim Misir həkimlərinin xərçəng şişlərini cərrahi yolla çıxarmağa çalışdığını göstərir.
Kembric Universitetinin Duckworth Laboratoriyasında saxlanılan və bizim eradan əvvəl 2686-2345-ci illərə aid olan bu kəllə sümüyü, 30-35 yaşlarında bir kişiyə məxsus olub. Digital mikroskop və mikro-kompüter tomoqrafiyası (CT) skanları ilə aparılan araşdırmalar nəticəsində, şişlərin ətrafında kəskin metal alətlərlə aparılan kəsiklər aşkar edilib. Bu, qədim həkimlərin xərçəng şişlərini cərrahi yolla çıxarmağa çalışdıqlarını göstərir.
Tədqiqatın rəhbəri, professor Dr. Edgard Camarós bu barədə deyir: "Bu, insanlığın ilk dəfə müasir mənada xərçəngə qarşı cərrahi yolla mübarizə apardığı zamandır."

Tədqiqatçılar, həmçinin digər bir kəllə sümüyündə də xərçəng izlərinə rast gəliblər. Bu kəllə, təxminən bizim eradan əvvəl 664-343-ci illərə aid və 50 yaşdan böyük bir qadına məxsusdur. Ancaq bu kəllədə xəstəliyə dair cərrahi müdaxilə izləri tapılmayıb.
Misr Elmlər və Texnologiya Universitetindən Dr. İbrahem Badr, bu tapıntıların qədim Misir tibb elminin nə qədər inkişaf etmiş olduğunu bir daha sübut etdiyini bildirir: "Bu araşdırma, qədim Misir tibb elminin yalnız bitki dərmanlarına əsaslanmadığını, eyni zamanda cərrahi müdaxilələrin də həyata keçirildiyini göstərir."
Yeni tapıntılar, qədim Misir tibb elminin dərinliyini və xəstəliklərlə mübarizədə istifadə edilən üsulların inkişaf etmiş olduğunu bir daha təsdiqləyir. Bu, həm də xərçəng xəstəliyinin tarixinin min illərlə geri getdiyini sübut edən mühüm bir araşdırmadır.

Calal Mir

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
İqtisadiyyat
Bu gün, 13:00
Trampın tarif siyasəti dolları taxtdan sala bilər - İqtisadçılardan Xəbərdarlıq
Dünya
Bu gün, 12:00
Trampdan ultimatum: Ukrayna yardımı kəsilə bilər!
Gündəm
Bu gün, 11:30
Milli Müdafiə Universitetində daha bir yenilik!
Sağlamlıq
Bu gün, 11:30
Gözəllik üçün hormonları necə tarazlayaq?
Dünya
Bu gün, 11:00
Trampdan güc həmləsi: Pauellin taxtı sarsılır
Gündəm
Bu gün, 10:14
Əsgərlərə Hərbi Kolleclərdə Təhsil İmkanı Yaradılıb
Hadisə
Bu gün, 09:54
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Hadisə
Bu gün, 09:40
"Venesiya"-da kütləvi zəhərlənmə
Populyar Xəbərlər
Yeni Yaşımın Səssiz Gücü
Əlisultan İsgəndərzadə – Zəhmətlə Yoğrulmuş Ömür
Rəxşəndə – Günəşi Ürəyində Daşıyan Qadın
"Ulusum.az"-ın İşığı, Rəxşəndə İkram qızı — Doğum Günün Mübarək!
Xəzər Universitetində “Maarifçi” Proqramına Maraqlı Start!
Yaxşılıqla Gözəlləşən Dünya: Yunus Əmrənin İşığında Jalə Cəfərovanın Söz Yolu