Trampın tarif siyasəti dolları taxtdan sala bilər - İqtisadçılardan Xəbərdarlıq

Donald Tramp administrasiyasının tarif tətbiqləri dolların dünya üzrə ehtiyat valyutası kimi dominant mövqeyini risk altına atır, bu da ABŞ-a olan etimadın azalmasına və kredit faizlərinin artmasına səbəb ola bilər.
“Ulusum”.az-ın məlumatina görə, bu barədə Associated Press (AP) agentliyi iqtisadçılara istinadən xəbər verir.
Onilliklər boyu dollar ABŞ-a “misilsiz bir üstünlük” təmin edib: borclanma xərclərini azaldıb və digər ölkələrə təsir imkanları yaradıb. Lakin AP-nin qeyd etdiyinə görə, Trampın tarif siyasəti bu üstünlüyü təhlükəyə atır.
Kaliforniya Universitetinin iqtisadçısı Barri Eyxenqrin xəbərdarlıq edib ki, “etimad bir göz qırpımında yoxa çıxa bilər”.
“Əgər dollar təhlükəsiz sığınacaq statusunu itirsə, amerikalılar ipoteka və avtokredit faizlərinin artması ilə üzləşəcəklər,” — deyə nəşr vurğulayır.
Martın 22-də Eyxenqrin həmçinin bildirmişdi ki, Donald Trampın siyasəti dolların aparıcı dünya valyutası statusunu itirməsinə səbəb ola bilər. O qeyd edib ki, Trampa digər ölkələrlə münasibətləri zəiflətmək, hətta dağıtmaq və qarşılıqlılıq prinsipini sarsıtmaq cəmi bir neçə ay yetib.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 21:00
Payızda beyin niyə “tənbəlləşir”? - FOTO
Sağlamlıq
Dünən, 19:30
Yaşlı insanlar üçün ən faydalı şirniyyat
Mətbəx
Dünən, 17:30
Bananlı zapekanka: axşamdan hazırla, səhər zövq al
İqtisadiyyat
Dünən, 17:00
Pensiya alanlara ŞAD XƏBƏR!
Dünya
Dünən, 16:00
Berlində “ölüm həkimi”nin məhkəməsi başladı
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə
İsrail Qətərdə HƏMAS rəhbərliyinə zərbə endirdi