23-04-2024, 09:48 0 Gündəm / Hadisə

Məşhur zavodun direktoru Azərbaycanda SAXLANILDI EKSKLÜZİV

Məşhur zavodun direktoru Azərbaycanda SAXLANILDI EKSKLÜZİV

Vergi ödəməkdən yayınmaqda ittiham olunan “Tomsk İşıqlandırma Avadanlıqları Zavodu”nun direktoru həbs edilib.

ULUSUM.az Rusiyanın yerli KİV-ə istinadən xəbər verir ki, Azərbaycanda gizlənən şirkət rəhbəri ittiham üzrə saxlanılaraq Rusiya Federasiyasına təhvil verilib. 

Qeyd edək ki, bununla bağlı cinayət işi 2020-ci ilin aprelində başlanıb. Mənbədə adı qeyd edilməyən zavodun direktoru istintaq orqanlarından gizləndiyi üçün ona qiyabi ittiham irəli sürülüb, barəsində dövlətlərarası axtarışa verilməsi və cinayət işi üzrə istintaqın dayandırılması ilə bağlı qiyabi həbs-qətimkan tədbiri seçilib. Hazırda Azərbaycanda saxlanılaraq Rusiyaya ekstradisiya edilib.

“Hazırda təqsirləndirilən şəxs Rusiyanın Federal Penitensiar Xidmətinin Tomsk vilayəti üzrə FKU SİZO-1-də saxlanılır”, - Tomsk vilayəti üzrə İstintaq Komitəsinin istintaq idarəsinin məlumatında deyilir.

Rəşad Ələkbərov



Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: