Bu ölkələr də sanksiyaya MƏRUZ QALDI
ABŞ Pakistana raket texnologiyası ötürdüyü iddiası ilə Minsk Təkərli Traktor Zavodu və 3 Çin müəssisəsinə də sanksiya tətbiq edib.
ULUSUM.az bu barədə Dövlət Departamentinin mətbuat xidmətinə istinadən xəbər verir.
Sənəddə qeyd olunur ki, sanksiyalar “Pakistanın ballistik raket proqramı, o cümlədən uzaqmənzilli raket proqramı üçün raketlərdə istifadə olunan məhsulların ötürülməsi” iddiası ilə tətbiq edilir.
Amerika xarici siyasət departamentinin mətbuat xidmətinin məlumatına görə, məhdudiyyətlərə məruz qalan müəssisələr “kütləvi qırğın silahlarının və ya onların çatdırılma vasitələrinin yayılmasına” töhfə verən və ya töhfə verə biləcək “hərəkətlərdə və ya əməliyyatlarda iştirak edirlər”.
Xüsusilə, onların “bu cür avadanlıqları Pakistan tərəfindən istehsal etmək, əldə etmək, saxlamaq, inkişaf etdirmək, daşımaq, ötürmək və ya istifadə etmək üçün səy göstərə biləcəyi” iddia edilir.