“Rəisi buna qurban getmiş ola bilər”

İran Prezidenti İbrahim Rəisi daxili siyasi qarşıdurmanın qurbanı ola bilər.
Ulusum.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu türkiyəli İran üzrə mütəxəssis Oral Toğa deyib.
“Təxribat deyənlər daha çoxdur, amma İranın aviasiya tarixi və texnoloji imkanlarına nəzər saldıqda, qəza ehtimalını da nəzərdən qaçıra bilmərik. Keçmiş xarici işlər naziri Cavad Zərif hətta bu qəzanı ABŞ-nin sanksiyaları ilə əlaqələndirib. Ancaq indiki dinamikaya nəzər saldıqda, təxribat ehtimalını gözardı etmək olmaz. Baş Qərargah rəisi bu məsələ ilə bağlı komissiyanın yaradıldığı və araşdırma aparılacağını açıqlayıb. Amma təxribat olarsa, bunun rəsmən açıqlanacağını düşünmürəm. Çünki belə bir hadisə baş veribsə, demək, sizin bütün təhlükəsizlik sistemləriniz aşılıb və prezidentiniz məhv edilib. Belə bir durumda da hərəkətə keçmək lazım gələcək”, - analitik söyləyib.
Toğa qeyd edib ki, Rəisinin Əli Xameneyidən sonra dini lider ola biləcəyi ilə bağlı iddia vardı: “Amma Rəisinin ölümü ilə daxili tarazlıq pozuldu. Hətta İranın nəqliyyat və şəhərsalma naziri açıqca söylədi ki, onun bir dönəm prezident olmasını istəyənlər vardı. Nazirləri belə bir açıqlama verib. Bu, daxildəki ziddiyyətləri ortaya qoyan bəyanatdır. Ola bilsin, yaxın günlərdə oxşar bəyanatlar daha çox səsləndirilsin”.
Ekspert vurğulayıb ki, Rəisindən sonra dini lider postu üçün Xameneyinin oğlu Müctəbanın adı çəkilsə də, birinci daha nüfuzlu idi.
“İranda “İslam İnqilabı” tezisi regional siyasət kontekstində ardıcıl olaraq işlənilir. Xarici siyasət əsasən bu tezis üzərində qurulur. İran bundan əvvəl də böyük hadisələr görüb, amma xarici siyasətdə həmişə ardıcıllıq olub. Siyasət baxımından İran siyasətinin 180 dərəcə dəyişəcəyini düşünmürəm”, - Toğa vurğulayıb.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 16:00
ABŞ-dan İranın nüvə proqramına qarşı hərbi çağırış
Sağlamlıq
Bu gün, 15:00
Gözəlliyin təbii yolu: Sənə bir sirr açımmı?
Dünya
Bu gün, 14:00
Kelloq deyir ki, ABŞ Ukraynada baş verənlərdən yorulub
Dünya
Bu gün, 13:33
Papa Fransisk: Taxtda yox, sadəlikdə ucalan adam
Sağlamlıq
Bu gün, 13:30
Özünü formaya salmaq üçün hələ vaxt var
Hadisə
Bu gün, 13:00
Keniyada faciə: 14 yaşlı qız şir tərəfindən parçalandı
Dünya
Bu gün, 12:16
Roma Papası Fransisk vəfat edib
Populyar Xəbərlər
Yeni Yaşımın Səssiz Gücü
Əlisultan İsgəndərzadə – Zəhmətlə Yoğrulmuş Ömür
Rəxşəndə – Günəşi Ürəyində Daşıyan Qadın
"Ulusum.az"-ın İşığı, Rəxşəndə İkram qızı — Doğum Günün Mübarək!
Xəzər Universitetində “Maarifçi” Proqramına Maraqlı Start!
Yaxşılıqla Gözəlləşən Dünya: Yunus Əmrənin İşığında Jalə Cəfərovanın Söz Yolu