Hizbullah İsrailə 30-dan çox RAKET ATDI
Hizbullah silahlıları İsrailin şimalındakı yaşayış məntəqələrinə 30-dan çox raket atıb.
Şiə Hizbullah partiyasının silahlı qüvvələri İsrailin Yuxarı Qalileydəki yaşayış məntəqələrini çoxsaylı raket sistemləri ilə atəşə tutub.
ULUSUM.az saytının Əl-Manar telekanalına istinadən verdiyi məlumata görə, Hizbullah döyüşçüləri İsrail ərazisinə azı 30 raket atıblar. 14 yaşayış məntəqəsində hava hücumu sirenləri eşidilib.
Sərhədin 20 km-də yerləşən Safed (Safed) şəhəri yaxınlığında İsrail ordusunun 91-ci mexanikləşdirilmiş diviziyasının qərargahı atəşə məruz qalıb.
Hizbullah hərbi informasiya xidmətinin teleqram kanalında yerləşdirdiyi bəyanatda qeyd olunub ki, bu addım İsrail hərbi hava qüvvələrinin Arzun və Tirin şimalındakı Serifdəki birləşmələrinin arxa bazalarına hücmuna cavab olaraq atılıb. Həmin hava hücumları nəticəsində iki mülki şəxs yaralanıb.
Bundan əvvəl isə İsrailin pilotsuz təyyarələri Livanın cənubundakı El-Edeis və Rab-Taliatin bölgələrində şiə döyüşçülərinin postlarına hücum edib.
Rəşad Ələkbərov