22-04-2024, 21:41 0 Gündəm / Siyasət

Bayden məni əmin etdi ki....

ABŞ Prezidenti Co Bayden və Ukrayna Prezidenti arasında telefon danışığı olub.

ULUSUM.az xəbər verir ki, bu barədə Ptezident Zelenski "X" hesabında bildirib.

"Prezident Bayden məni əmin etdi ki, qanun layihəsi Senat tərəfindən təsdiqlənən kimi o, dərhal imzalayacaq. Onun Ukraynaya sarsılmaz dəstəyini və həqiqi qlobal liderliyini yüksək qiymətləndirirəm. Nümayəndələr Palatasının dondurulmuş Rusiya aktivlərinin müsadirəsinə icazə verən digər qərarı da bütün tərəfdaşlarımıza güclü siqnaldır. Mən Prezident Baydenə Rusiyanın minlərlə raket, PUA-lardan istifadə etdiyi hava terroru, Xarkov televiziya qülləsinə bu yaxınlarda endirilən zərbə barədə məlumat verdim. Rusiya bu şəhəri yaşayış üçün yararsız etmək niyyətini açıq şəkildə göstərir. Biz ABŞ-nin növbəti hərbi yardım paketinin məzmununu müzakirə etdik. Prezident məni əmin etdi ki, paket tezliklə təsdiqlənəcək və o, bizim hava hücumundan müdafiəni, eləcə də uzaqmənzilli və artilleriya imkanlarımızı gücləndirəcək. Biz ikitərəfli təhlükəsizlik sazişi üzərində işimizi də müzakirə etdik", - deyə Zelenski bildirib.



Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: