Rəisinin düşdüyü qəza hadisədir, yoxsa...? Eksklüziv

İran prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya düşməsi hazırda bütün dünyanın diqqətindədir. ABŞ-dan tutmuş Avropa İttifaqına kimi bütün dövlətlər hadisənin gedişatını, İran prezidentinin tapılmasını diqqətlə izləməkdədir.
Hətta Azərbaycan prezidenti daxil, bir çox dövlətlər bu prosesə yardım etməyə hazır olduqlarını bəyan etdilər.
Ulusum.az hadisənin başvermə şəraitinə diqqət çəkir. İran prezidentini müşayiət edən iki helikopter sağ-salamat Tehrana gedib çatır, halbuki onların əsas missiyası, ilk növbədə, dövlət başçısının təhlükəsizliyini təmin etmək idi. Lakin arxada qalan helikopter qəfil sərt eniş edir, qəzaya düşür və üzərindən saatlar keçməsinə rəğmən hələ də bir iz tapılmır.
Qeyd edək ki, bu məqam sosial media istifadəçilərinin də diqqətindən yayınmır, artıq bu hadisənin bir qəza olduğuna şübhə ilə yanaşanlar da var.
Düzdür, qəzanın baş verdiyi şərait əlverişsizdir, üstəlik, havanın dumanlı keçməsi axtarışları çətinləşdirən amillərdəndir.
Lakin İran mediasının yaydığı məlumata görə, helikopter qəzasına uğrayan Rəisi və XİN rəhbəri Abdullahyani axtaran axtarış qruplarından biri yoxa çıxıb.
Bu isə hadisəyə başqa məcradan yanaşma sərgiləyən fakt kimi dəyərləndirilir.
Bu və digər hallar sosial istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb. Onlar İran İnqilab Korpusu (Sepah) ilə Rəisi arasında zaman-zaman yaşanan narazılıqları xatırladaraq bu olayda həmin qüvvələrin payının ola biləcəyini ehtimal edirlər.
Sözsüz, bunlar əsaslandırılmamış, sosial media gündəmində olan fərziyələrdir.
İran prezidenti İbrahim Rəisinin tezliklə tapılması xəbərini çatdırmaq ümidi ilə....
Aymirə Ağamirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Hadisə
Dünən, 20:46
Faciəvi qəza: Elbrusda kanat trosu qopdu
Siyasət
Dünən, 20:21
Moskvadan Bakı və İrəvana təklif
Dünya
Dünən, 19:00
Qəfil səfər: Harri Ukraynada bərpa planları ilə
Maraqlı
Dünən, 17:30
Parfüm seçərkən "burun sizi aldatmır"
Maraqlı
Dünən, 17:00
Like, smayl, “ok”: bunlar həqiqətən cavabdırmı?
Mətbəx
Dünən, 16:30
“Pikant” alma acıkası – qış üçün möhtəşəm hazırlıq
Sağlamlıq
Dünən, 16:00
Şəkər asılılığından necə qurtulmaq olar?
Dünya
Dünən, 15:30
Polşa Belarusla sərhədini bağladı
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
Yasamalda söküntü: Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində evlər plana salındı
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?