Ermənistanı ifşa edən XƏRİTƏ
Ermənistanın qanunsuz dağ-mədən sənayesi əleyhinə mübarizəyə qalxan QHT-ləri birləşdirən “Environmental Protection First” Koalisiyası bu gün “Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritəni ictimaiyyətə təqdim edib.
Ulusum.az xəbər verir ki, xəritəni Koalisiyaya daxil olan “Azərbaycan Kartoqrafları” İctimai Birliyi 3 dildə - azərbaycan, ingilis və erməni dillərində hazırlayıb.
Xəritənin müəllifi “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramovdur. Xəritə Ermənistanın dağ-mədən sənayesi fəaliyyətinin mənfi ekoloji təsirlərini ifşa etmək üçün mühüm məlumatları özündə toplayıb.
"Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov təqdimatda çıxış edərək qeyd edib ki, Ermənistan bilərəkdən ətraf mühitə ən çox zərər vuran dağ-mədən sənayesi müəssisələrini əsasən Qərbi Zəngəzur bölgəsinə - Azərbaycan Respublikası ilə həmsərhəd, transərhəd çaylara yaxın ərazilərə cəmləşdirib. O əlavə edib ki, Azərbaycan QHT-lərinin son vaxtlar nümunəvi işləri ilə daha çox seçilməsi diqqət çəkir:
“Azərbaycan Kartoqrafları” İctimai Birliyinin mühüm mövzuya həsr olunmuş kartoqrafik əsər layihəsinin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
QHT-lər Ermənistanın dağ-mədən sənayesi müəssisələrində ekoloji monitorinqlərin aparılmasını vacib sayıblar.
“Environmental Protection First” Koalisiyası bəyan edib ki, Ermənistanın və digər xarici ölkələrin ekologiya və səhiyyə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları, beynəlxalq qurumlarla birgə Ermənistanın dağ-mədən müəssisələrində ekoloji monitorinqlər aparmağa hazırdır.
Xatırladaq ki, ötən il iyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı “Qarabağ və Şərqi Zəngəzurun ekoloji fəlakət zonasına çox yaxın olmasını qeyd edib:
“Çünki Ermənistan həm Ermənistandakı müəssisələrin fəaliyyəti nəticəsində, eyni zamanda, o vaxt işğal edilmiş torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızın vəhşicəsinə istismarı nəticəsində təbiətimizə böyük zərbə vurub… İndi transsərhəd təhlükələri mütləq nəzərə alınmalıdır və Azərbaycanın burada sərgilədiyi mövqeyi yenə də beynəlxalq təcrübəyə, beynəlxalq konvensiyalara əsaslanır, o cümlədən Espo Konvensiyasına, bunu hər kəs internetdə açıb baxa bilər. O göstərir ki, transsərhəd çayların çirkləndirilməsi və ölkələrin sərhədlərinə yaxın müəssisələrin, ekoloji təhlükə mənbəyi sayıla biləcək müəssisələrin yaradılması qonşu ölkələrlə mütləq razılaşdırılmalıdır və biz bunu Ermənistandan tələb edirik. Bu gün Azərbaycan ictimaiyyəti, qeyri-hökumət təşkilatları artıq bu məsələ ilə bağlı Ermənistanın rəsmi orqanlarına müraciət ünvanlayıblar və ekologiya sahəsində fəaliyyət göstərən beynəlxalq ekspertlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri də bu müraciətə qoşulublar. Ona görə mən hesab edirəm ki, Azərbaycan Hökuməti də burada kənarda qalmamalıdır”.
Dövlət başçısı müşavirədə Azərbaycan vətəndaş cəmiyyətinin bu istiqamətdə fəaliyyətini təqdir etmiş, Ermənistanı bu təhlükəli praktikadan əl çəkməyə çağırmışdı:
“Əgər onlar hansısa müəssisə yaratmaq istəyirlərsə, bizim buna, əlbəttə ki, münasibətimiz ola bilməz. Onların daxili işidir. Amma əgər bu müəssisə bizim sərhədimizin 500 metrliyində yerləşirsə, orada təhlükəli maddələrdən istifadə ediləcəksə və bu maddələr yenə də Araz çayına, Oxçuçayına töküləcəksə, bu, bizim məsələmizdir. Biz buna necə imkan verə bilərik? Əlbəttə ki, biz bu məsələləri qanun çərçivəsində, beynəlxalq konvensiyalar çərçivəsində, diplomatiya çərçivəsində mütləq diqqətdə saxlamalıyıq”.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
20-04-2024, 11:24
Milli Məclisin aprelin 23-də keçiriləcək iclasının gündəliyi açıqlanıb. Bu barədə ULUSUM-a Milli Məclisin Mətbuat və
24-04-2024, 05:30
2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb. Ulusum.az xəbər verir ki, siyahı Azərbaycan
24-04-2024, 14:21
Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun
13-05-2024, 18:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Tuvalunun general-qubernatoru Falani Tofinqanı, Tonqa
13-05-2024, 10:00
2020-ci il Vətən müharibəsindəki qələbədən sonra ölkəmizin qarşısında yeni perspektivlər açıldı. Bunlardan biri də
Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 12:42
2025-ci ildə Ukraynanın təxminən 126 milyard dollar hərbi yardıma ehtiyacı olacaq
Cəmiyyət
Bu gün, 11:25
Rumıniyanın Konstitusiya Məhkəməsi prezident seçkilərinin birinci turunun nəticələrini təsdiqləyib
İqtisadiyyat
Bu gün, 10:15
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar elan edib
Cəmiyyət
Bu gün, 10:14
Koronavirus laboratoriyada sızma nəticəsində yayılıb
Cəmiyyət
Bu gün, 09:18
İran Pakistan və Əfqanıstanla sərhəddə divar tikintisini gələn il tamamlayacaq
Cəmiyyət
Bu gün, 09:02
Ukraynanın Kursk vilayətindəki Silahlı Qüvvələrinə Trampın andiçmə mərasiminə qədər maksimum ərazini saxlamaq əmri verilib
Populyar Xəbərlər
Sarımsağın orqanizmə zərərləri
Son günlər bazarlarda ağartı məhsulları bahalaşıb
Çox oyun oynamağın zərərləri
Britaniyanın ən çox axtarılan cinayətkarlarından biri saxlanılıb
Ukrayna Polşaya Volın faciəsi qurbanlarının qalıqlarını eksqumasiya etməyə icazə verəcək
G7 İranın İsrailə hücumlarından insan haqlarına qədər addımlarını pisləyib