ABŞ Gürcüstana sanksiyalar TƏTBİQ EDİR?

ABŞ Gürcüstana maliyyə və səyahət sanksiyaları tətbiq edə bilər.
Ulusum.az xəbər verir ki, bunu Tbilisidə səfərdə olan ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayn mətbuata açıqlamasında deyib.
Onun sözlərinə görə, Aİ standartlarına uyğun gəlməyən qanun layihəsi olduğu kimi saxlanılacağı təqdirdə, həmçinin dinc nümayişçilərə qarşı zorakılıq göstəriləcəyi təqdirdə ABŞ tərəfindən Gürcüstana birinci mərhələdə maliyyə məhdudiyyətləri tətbiq ediləcək.
“İkinci mərhələdə isə bu məhdudiyyətlər bütün bunlara görə məsuliyyət daşıyan şəxslərə qarşı səyahət sanksiyaları olacaq”, - O'Brayn deyib.
ABŞ dövlət katibinin köməkçisi Vaşinqtonun Gürcüstana 390 milyon dollar yardım ayırmağı planlaşdırdığını, bu yardımın hərbi müdafiə məsələlərinə, iqtisadi inkişafa, vətəndaş cəmiyyətinin inkişafına yönəldiləcəyini deyib.
Əlavə edib ki, Aİ standartlarına uyğun gəlməyən qanun layihəsinin tətbiq ediləcəyi təqdirdə bu vəsaitin ayrılması sual altına düşə bilər.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 20:00
"Şəkərin" gizli əlamətləri
Ədəbi sənət
Dünən, 19:30
Nəcəf bəy Vəzirovun doğum günüdür
Hadisə
Dünən, 18:59
MN: Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Şou-biznes
Dünən, 18:00
Demet Özdemirin yeni sevgilisi
Sağlamlıq
Dünən, 17:00
Təbii şəfa mənbəyi - Yaşıl çay
Maraqlı
Dünən, 16:30
Kongo meşələrində «canlı dinozavrlar» görünüb