"İkinci əl" avtomobillər kəskin UCUZLAŞDI - EKSKÜLZİV

Azərbaycanda "ikinci əl" avtomobillər kəskin ucuzlaşıb.
Hazırda maşın bazarında "ikinci əl" avtomobillərin qiyməti ötən aya nisbətən 2-3 min manat aşağı düşüb. Bu ucuzlaşma, əsasən, istehsal ili 10 ildən çox olan avtomobillərə şamil olunur.
Məsələ ilə bağlı avtomobil ticarəti ilə məşğul olan İlqar Məmmədov Ulusum.az-a danışıb:
“Bəli, son 2 həftə ərzində "ikinci əl" avtomobillər ucuzlaşıb, buna baxmayaraq həmin avtomobilə tələbat azaldığından alıcılıq qabiliyyəti də xeyli azalıb. Avtomobil həvəskarları artıq yeni modellərə üstünlük verirlər. Son 1 ayda 2-3 min manat arasında ucuzlaşan avtomobillər növbəti aylarda daha çox ucuzlaşa bilər"..
Müsahibimiz həmçinin qeyd edib ki, bazara iddialı daxil olan Çin istehsallı avtomobillərin münasibət qiymətə olması "ikinci əl" avtomobilərin alışına ciddi təsir edib. Gedişat onu göstərir ki, ilin sonuna qədər 12 min manata olan avtomobil hətta 6 min manatadək enə bilər.
Qeyd edək ki, qiymətlərin aşağı düşməsinə digər səbəb kimi ölkədə son vaxtlar taksi fəaliyyəti ilə bağlı verilən son qərarların təsir göstərilir.
Ağa Dadaşzadə
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 13:00
Depressiya başlamamışdan əvvəl beyin nə deyir?
Mədəniyyət
Bu gün, 12:10
Xan qızı Natəvan – 193 ildir sözün zirvəsində
Dünya
Bu gün, 11:00
Tramp mümkün varisinin adını açıqladı
Hadisə
Bu gün, 10:30
Günəş oyanır: Avqustda dördüncü partlayış
Populyar Xəbərlər
Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO
Əxlaqsızlığı görüb çəkən – cinayəti örtən qədər günahkardır!
Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO
“Bananı da yumaq lazımdır!” – Ekspert
Trampın çıxışlarında tez-tez mövzudan yayınmalar Qərbdə diqqət çəkdi
Mənim mütləq hazırladığım ləzzət: Qış üçün sobada bişmiş bolqar bibəri