13-05-2024, 18:54 0 Gündəm / Hadisə

Fəhlələri daşıyan mikroavtobusla "Prado" TOQQUŞDU

Fəhlələri daşıyan mikroavtobusla "Prado" TOQQUŞDU

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.



Ulusum.az-ın verdiyi xəbərə görə, hadisə Ələt-Astara avtomobil yolunda Cəlilabad rayonu ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Prado" markalı minik avtomobili mikroavtobusa çırpılıb.

Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası əməkdaşları, mikroavtobusda olan bir neçə şəxsə yerində ilkin tibbi yardım göstərib.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: