Birdəfəlik maddi yardım ÖDƏNİLDİ

Azərbaycanda aparılan uğurlu sosial siyasətin mühüm istiqamətlərindən biri də 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsidir. Müstəqilliyimizin ilk illərində İkinci Dünya müharibəsi iştirakçılarına laqeyd münasibət yaransa da, xalqımızın çağırışı ilə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında respublikamıza rəhbərliyə qayıdışından sonra bu biganəliyə son qoyulub. Həmin vaxtdan İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə, 9 May - Qələbə gününün də ölkəmizdə yenidən dövlət bayramı kimi qeyd olunmasına başlanıb.
Ulusum.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında bildirilib.
Prezident İlham Əliyevin İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi diqqət və qayğısı nəticəsində həmin kateqoriyaya aid vətəndaşların sosial müdafiəsi sahəsində tədbirlər ildən-ilə daha da gücləndirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə İkinci Dünya müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və avtomobillə təminatı həyata keçirilib. Həmçinin İkinci Dünya müharibəsi iştirakçıları Prezidentin aylıq təqaüdləri və aylıq pensiya ilə təmin olunurlar və ötən dövrdə bu ödənişlər mütəmadi olaraq artırılıb.
Xüsusilə son beş ildə ardıcıl sosial islahatlar aparılmaqla, müavinət və təqaüd ödənişlərinin 5 dəfə, orta aylıq pensiyanın 2,4 dəfə artmasına nail olunub. İkinci Dünya müharibəsi iştirakçılarına pensiya təyinatı zamanı pensiyalarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr də hesablanıb.
Dövlət başçısı tərəfindən hər il 9 May – Faşizm üzərində Qələbə günü ərəfəsində 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə Sərəncamlar imzalanır.
Bu il də 2 may 2024-cü il tarixli Sərəncamla İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 2000 manat, Sərəncamda nəzərdə tutulan digər şəxslərə 1000 manat məbləğində birdəfəlik maddi yardım ödənilib. Sərəncam ümumilikdə 2946 şəxsi əhatə edib ki, onlardan 29-u İkinci Dünya müharibəsi iştirakçısı, qalanları Sərəncamda qeyd edilən digər kateqoriyalara aid şəxslərdir. Həmin birdəfəlik maddi yardımın məbləği də ötən dövrdə dəfələrlə artırılıb.
İkinci Dünya müharibəsi iştirakçılarının, həmin müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərin sosial xidmətlərlə təmin edilməsi işləri də aparılır.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
İdman
Dünən, 23:30
Taekvondoda növbəti uğur – gənclərimizdən 3 medal
Cəmiyyət
Dünən, 21:40
Prezident İlham Əliyevin Albaniyaya səfəri ilə bağlı sosial şəbəkə hesabında yeni videoçarx paylaşılıb
Cəmiyyət
Dünən, 21:32
“Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin qalibləri ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərində keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində (ISEF) bürünc medal qazanıblar
Hadisə
Dünən, 18:57
ATU tələbəsi Ramin Süleymanlı vəfat edib
Dünya
Dünən, 18:34
Ərdoğanla Paşinyan üz-üzə gəldi
Cəmiyyət
Dünən, 18:31
Azərbaycan dili imtahanında son vəziyyət
Populyar Xəbərlər
Aysel Xanlarqızı Beynəlxalq Ədəbiyyat Mükafatına Layiq Görüldü
Polis Akademiyasının kursantları fləşmob keçirib
Kişi evləndikdən sonra kimi seçməlidir: ananı, yoxsa həyat yoldaşını?
Gömrük əməkdaşları dövlətə sədaqət andı içdi - VİDEO
Polis Akademiyasında Ümummilli Liderin 102-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi
Ağdamda yeni nəqliyyat kompleksi – Böyük Qayıdışa güclü dəstək