Maaşlarla bağlı YENİLİK: Aylıq əməkhaqqı ləğv edilir…
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il iyulun 1-dək aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təklifləri hazırlaması və aidiyyəti üzrə təqdim etməsi tapşırılıb.
Bu məbləğ necə hesablanacaq?
Məsələn, minlərlə adam 345 manat minimum əməkhaqqı alır. Belə olan halda insanlar daha çox maaş ala biləcəklərmi?
Ulusum.az xəbər verir ki, mövzunu şərh edən sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifovun sözlərinə görə, minimum əməkhaqqının işçinin çalışdığı saata görə müəyyən olunması təcrübəsi dünyanın bir çox ölkələrində artıq çoxdandır ki, mövcuddur.
Sabiq nazir deyib ki, əməyin ödənilməsinin bu formasının mövcud olmadığı ölkələr isə zaman-zaman onun tətbiqini məqsədəuyğun hesab edərək, bu üsulun tətbiqinə keçirlər.
O, əməyin saat hesabı ilə ödənilməsinin hansı üstünlükləri olduğunu izah edib:
“Bu üsuldan istifadə olunarkən işçiyə konkret olaraq işlədiyi saatlara görə əməkhaqqı müəyyənləşdirilir. Yəni bir müəssisədə işçi bir ay üçün müəyyən olunmuş əməkhaqqını deyil, ay ərzində çalışdığı saatların miqdarına görə əməkhaqqı alır. Əməyin ödənişinin adi qaydaları əsasında çalışan işçi ay ərzində neçə saat çalışmasından asılı olmayaraq, onun üçün müəyyən olunmuş aylıq əməkhaqqını alır. Lakin əməyin ödənişi saat hesabı ilə hesablandıqda, o ay ərzində konkret işlədiyi saatlara uyğun məvacib alır. Bu dediklərimizi adi bir misalla izah edək. Məsələn, əgər əməyin ödənişinin adi qaydasında əməkhaqqı alan işçi bir gündə 8 saat, həftədə 5 günlük iş qrafiki ilə 40 saat (8 saat x 5 gün) və ay ərzində ümumilikdə 160 saat (40 saat x 4 həftə) çalışaraq ayın sonunda ona bir ay üçün konkret olaraq müəyyənləşdirilmiş 500 manat əməkhaqqı alırsa, bu zaman onun faktiki olaraq ay ərzində 160 saat, bundan az və ya çox saat işləməsinin heç bir fərqi yoxdur. O, bütün hallarda əvvəlcədən müəyyən edilmiş 500 manat əməkhaqqı alacaq”.
F.Yusifovun dediklərinə görə, əməkhaqqının saat hesabı ilə hesablanması zamanı vəziyyət dəyişir:
“Belə ki, bu halda işçiyə əməkhaqqı ay ərzində onun konkret işlədiyi saatlara görə müəyyən edilir. Məsələn, əgər bizim yuxarıda göstərdiyimiz misalda olduğu kimi, 1 saat üçün əməkhaqqı 3,13 qəpik (500 manat: 160 saat) müəyyən olunubsa və işçi ay ərzində gündə 8 saat hesabı ilə 160 saat deyil, hər gün bir neçə saat artıq işləməklə bir ayda 200 saat işləyibsə, bu halda ayın sonunda o, 500 manat deyil, 626 manat (200 saat x 3 manat 13 qəpik) əməkhaqqı alacaq.
Əməkhaqqının məbləğini işçinin çalışdığı saatların miqdarına görə müəyyənləşdirən zaman hesablamalar elə aparılmalıdır ki, işçi ay ərzində norma ilə müəyyən olunmuş saatlar həddində (bizim misalda 160 saat) işlədikdə onun alacağı maaş ölkədə müəyyən olunmuş minimum əməkhaqqından az olmasın. Yox, əgər işçi ay ərzində 160 saat deyil, bundan az saat işləyərsə, o halda işlədiyi saatlara uyğun əməkhaqqı alacaq. Bunu da əyani bir misalla izah edək: Əgər işçi bir ay ərzində müəyyən olunmuş minimum 160 saat əvəzinə 120 saat işləyərsə, o halda onun alacağı əməkhaqqı 376 manat (120 saat x 3 manat 13 qəpik) təşkil edəcək”.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
10-05-2024, 15:17
Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər. Ulusum.az xəbər verir ki, bu,
4-05-2024, 19:15
İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin çox, gəlirlərin
5-05-2024, 03:30
"Çox görüşlərdə oluram. Həmişə müxtəlif auditoriyalara dəvət edirlər. Amma hər görüşdən əvvəl adam həyəcanlanır.
3-05-2024, 19:40
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov,
30-04-2024, 14:35
May ayında ölkə ərazisində havanın temperaturu günbəgün artır. İqlim dəyişmələrinin təsiri digər aylarda olduğu kimi
Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 12:21
Bazar gününün havası açıqlanıb
Cəmiyyət
Dünən, 12:03
Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib
İdman
Dünən, 09:55
Harri Keyn Bundesliqada yeni rekorda imza atıb
Cəmiyyət
Dünən, 20:00
“Akvarel yağışı” təqdim olunub
Analitika
Dünən, 18:32
Çin və Amerika Arasında Ticarət Müharibəsi
Cəmiyyət
Dünən, 17:39
22 Noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü Salyan rayonunda qeyd olunub
Hadisə
Dünən, 16:27
ABŞ-ın Londondakı səfirliyində partlayış baş verib
Hadisə
Dünən, 16:23
Olaf Şolts Rusiyanın "Oreshnik" ballistik raketindən istifadəsini "qorxunc eskalasiya" hesab edir
Populyar Xəbərlər
Çin və Amerika Arasında Ticarət Müharibəsi
“Akvarel yağışı” təqdim olunub
22 Noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü Salyan rayonunda qeyd olunub
Salyan sakini ölümlə çarpışan yaralı hacıleylək quşunu xilas edib
I Qarabağ müharibəsinin nəticələrinin analitik təhlili
İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib