Sənədsiz evdə yaşayan sakinlər XƏBƏR VAR

Ölkədə aktual məsələlərdən biri sənədsiz, “kupça”sız fərdi yaşayış evlərinin qeydiyyata alınması ilə bağlıdır. Səsləndirilən fikirlərə görə, Azərbaycanda yarım milyona yaxın fərdi yaşayış evinin çıxarışının olmadığı deyilir.
Ulusum.az xəbər verir ki, bu evlərin sənədləşdirilməsi yolunda müəyyən addımlar atılsa da, məsələ tam həllini tapmayıb.
Sənədsiz evi olanlar hara müraciət etməlidir?
Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Azadov qeyd edib ki, sənədsiz evlərin məlumatlar eyni qaydada olmadığına görə, nəticə əldə etmək mümkün olmadı:
“Bu mövzunun dərin bir kökü var. Sovet hökuməti yaranan vaxtdan qanunsuz tikililər yaranmağa başladı. Bakı sənaye şəhəri olduğuna görə daim inkişaf edirdi. Bir çox regionlardan əhalinin daim axını olurdu. Bu səbəbdən yaşayış yeri olmadığı üçün qanunsuz tikililər ərsəyə gəlirdi.
Bakı ərazisində təxminən 600-700 min civarında qanunsuz tikilən yaşayış evi mövcuddur. Əgər kənd ərazilərinə də buna qatsaq, say milyonu keçəcək. Bakı və böyük şəhərlərdə hazırda qanunsuz tikililərin amnistiyası və sənədləşmə məsələsi gündəmdədir. Təxminən 2019-cu ildən hökumət bu istiqamətdə müəyyən addımlar atır. 2020-ci ilin əvvəllərində Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bir konsepsiyanın hazırlanması bəyan edilmişdi. Hər rayon icra hakimiyyəti öz ərazisində olan tikililərin qeydiyyata alınmasına başladı. Lakin pandemiya dövrü olduğuna və nəticə etibarı ilə yığılan məlumatlar eyni qaydada olmadığına görə, nəticə əldə etmək mümkün olmadı”.
Ekspert bildirib ki, bu ilin sonlarına yaxın bütün ölkədə olan daşınmaz əmlakların qeydiyyata alınması, sənədləşməsi ilə bağlı portalın fəaliyyətə başlayaq:
“2023-cü ilin yanvar ayının axırında Əmlak Məsələləri üzrə Dövlət Xidməti ilə Ədliyyə Nazirliyi tərəfindən birgə layihənin hazırlanmasıyla bağlı ictimaiyyətə açıqlama verildi. Gələcəkdə bir portal üzərindən bütün ölkədə olan daşınmaz əmlakların qeydiyyata alınması, sənədləşməsi, eyni zamanda sənədsiz evlərin də ilkin qeydiyyatı və amnistiya olunması məsələsi bu portal üzərindən aparılacaq. Lakin bu proses çox qəliz olduğuna görə hələ də bitməyib. Çünki burada müvafiq qanunların və normativlərin də prosesə uyğun olması vacibdir. Hazırda bu istiqamətdə iki qurum tərəfindən işlər. Çox ehtimal ki, 2024-cü il ərzində bu portal ictimaiyyətə təqdim olunacaq. Amnistiya qanunla icazə verilməmiş yerlərdə, yəni xüsusi mühafizə olunan və normativə uyğun olmayan ərazilərdə tikilən evlərə şamil edilməyəcək".

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Hadisə
Dünən, 20:46
Faciəvi qəza: Elbrusda kanat trosu qopdu
Siyasət
Dünən, 20:21
Moskvadan Bakı və İrəvana təklif
Dünya
Dünən, 19:00
Qəfil səfər: Harri Ukraynada bərpa planları ilə
Maraqlı
Dünən, 17:30
Parfüm seçərkən "burun sizi aldatmır"
Maraqlı
Dünən, 17:00
Like, smayl, “ok”: bunlar həqiqətən cavabdırmı?
Mətbəx
Dünən, 16:30
“Pikant” alma acıkası – qış üçün möhtəşəm hazırlıq
Sağlamlıq
Dünən, 16:00
Şəkər asılılığından necə qurtulmaq olar?
Dünya
Dünən, 15:30
Polşa Belarusla sərhədini bağladı
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
Yasamalda söküntü: Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində evlər plana salındı
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?