21-04-2024, 10:42 0 Gündəm / İdman

"Bu, qol olacaq" - RONALDUNUN SİRRİ

"Bu, qol olacaq" - RONALDUNUN SİRRİ

İddialı futbolçu olan Kriştianu Ronaldu özünə olan təlimatlarla bu inamı daha da artırmağa çalışır.

ULUSUM.az xəbər verir ki, portuqaliyalı ulduzun aprelin əvvəlində Səudiyyə Ərəbistanı Liqasında “Əl-Nəsr”in “Abha” ilə oyununu incələyən Qustavo Maçado maraqlı faktı ortaya çıxarıb.

Həmin axşam Ronaldu het-trik edib, daha iki qolun ötürməsini verib və komandasının böyükhesablı (8:0) qələbəsində müstəsna rol oynayıb.
Dodaq oxuyan Qustavo Maçado ulduz futbolçunun həmin oyunda cərimə zərbəsini vurmazdan əvvəl sözlərini deşifrə edə bilib. Sən demə, Ronaldu zərbə vurmağa hazırlaşarkən öz-özünü bu sözlərlə motivasiya edib: “Sən ən yaxşısısan. Bu qol olacaq”.

Qeyd edək ki, Kriştianu Ronaldu 2023-cü ilin əvvəlindən “Əl-Nəsr”də çıxış edir.

#idman #xeberler 

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: