Qəbul imtahanının nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq üçün 5 may tarixində keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının birinci cəhdinin nəticələrini elan edib.
DİM-dən Ulusum.az saytına bildirilib ki, hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Namizədlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1274 namizəddən 35 nəfəri imtahana gəlməyib.
252 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyib.
Müsabiqə şərtini ödəyənlərdən 128 nəfər 4 və ya 5-ci kurs tələbələridir.
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan 4-cü və 5-ci kurs tələbələri ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olmaq hüququ əldə etdikdən sonra buraxılırlar.
Mayın 5-də keçirilən imtahanda 71 nəfər bu ilin, 53 nəfər isə əvvəlki illərin məzunları olmaqla, ümumilikdə 124 namizəd ikinci mərhələyə buraxılıb.
Əvvəlki illərdə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” nəticə əldə etmiş və bu il rezidenturaya qəbul olmaq üçün qeydiyyatdan keçən 376 namizəd də birbaşa ikinci mərhələyə – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılır.
İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər Apellyasiya komissiyasına 7 may saat 10:00-dan 8 may saat 17:00-dək müraciət edə bilərlər.
Qeyd 1. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsinin təkrar imtahanının (2-ci cəhd) iyunun 23-də keçirilməsi nəzərdə tutulur. İmtahanda iştirak etmək üçün qeydiyyat 10 – 19 may 2024-cü il tarixlərində DİM-in saytında internet vasitəsilə aparılacaq.
Qeyd 2. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (II mərhələ) avqustun 4-də keçirilməsi planlaşdırılır. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından 40 və daha çox bal toplayaraq “məqbul” nəticə əldə edən və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər buraxılırlar.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 20:30
Əvvəlki nikahdan olan uşaq nəyə iddia edə bilər?
Sağlamlıq
Dünən, 19:30
Endometrioz – Səssiz ağrının adı
İdman
Dünən, 18:00
Teymur Rəcəbov güclülərlə bir arenada
Cəmiyyət
Dünən, 17:40
Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti
İdman
Dünən, 17:30
Messi Futbol Tarixində Zirvədə
Mətbəx
Dünən, 17:00
Niyə kərə yağında bişirilmiş şirniyyat zərərlidir?
Populyar Xəbərlər
Aysel Xanlarqızı Beynəlxalq Ədəbiyyat Mükafatına Layiq Görüldü
Kişi evləndikdən sonra kimi seçməlidir: ananı, yoxsa həyat yoldaşını?
Jerar Depardye cinsi təcavüzdə təqsirli bilindi: Paris məhkəməsindən şərti cəza
Tekirdağda Görməli Yerlər: Tarix, Təbiət və Mədəniyyətlə Dolu Unudulmaz Səyahət FOTO/VİDEO
Bakı Qlobal Dəb Səhnəsində – MBFW Azerbaijan İşıqları Yandırdı! - FOTO
Saakaşviliyə Ukraynanın agenti statusu verildi