Rusiyada azərbaycanlılara təzyiqlər artır: Arxasında hansı məqsədlər dayanır? - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı aparılan əməliyyatda qeyri-insani zorakılıq halları müşahidə olunub.
Rus Federal Təhlükəsizlik Xidməti (FSB) fevralın 27-də səhər tezdən azərbaycanlıların yaşadığı mənzillərə basqın edib. Nəticədə, 9 nəfər saxlanılıb, 2 azərbaycanlı - Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb, daha bir neçə şəxs ağır xəsarət alıb. Hadisə Azərbaycanda haqlı narazılıq yaradıb.
Ulusum.az Xəzər TV-yə istinadla xəbər verir ki, hüquqşünas və siyasətçi ekspertlərin sözlərinə görə, bu hücumlar Rusiya daxilində miqrantlara və müsəlmanlara qarşı mövcud olan şovinizm və diskriminasiya siyasətinin nəticəsidir. Üstəlik, Rusiyada miqrantlara və müsəlmanlara qarşı aparılan siyasətin artıq repressiya mərhələsinə keçdiyi vurğulanır.
Politoloq Tural İsmayılov qeyd edir ki, bu, son bir ildə azərbaycanlılara qarşı Rusiyada baş verən ilk insident deyil. 2024-cü ilin dekabrında Azərbaycan sərnişin təyyarəsinin vurulması ilə bağlı da Rusiyanın adekvat reaksiyası olmayıb, hüquq-mühafizə orqanlarının susqunluğu narazılığı artırıb.
Azərbaycan Xarici İşlər Nazirliyi hazırladığı bəyanatda Yekaterinburq reydi ilə bağlı "təxirəsalınmaz araşdırma aparılmasını və günahkarların cəzalandırılmasını" tələb edib. Həmin gün Rusiya səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx XİN-ə çağırılıb.
Rusiyanın XİN-in sözçüsü Mariya Zaxarova isə bildirib ki, əməliyyat əvvəllər törədilmiş cinayətlərlə bağlı istintaq çərçivəsində həyata keçirilib və bu işlə bağlı məlumatları Rusiyanın Araşdırmalar Komitəsi yaxın günlərdə açıqlayacaq.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 21:00
Avropada vətəndaş müharibəsi riski 95%-ə çatdı!
İdman
Dünən, 16:30
Futbol millimiz Qarabağa getdi
Hadisə
Dünən, 16:00
Tanınmış kouç və psixoloq vəfat etdi
Dünya
Dünən, 14:30
Yəmənin paytaxtında partlayışlar qeydə alındı
Dünya
Dünən, 14:00
ABŞ-ın birinci ledisindən Putinə çağırış - FOTO
Populyar Xəbərlər
Filtrlərin arxasında itən gerçəklik
12 avqust – gənclərin səsi, enerjisi və gələcəyin ümididir
Rusiyada Şimali Koreyalı İşçilərə “Qul” Kimi Münasibət
Qışa hazırlıq: Bilənlər bilir…
Fərizə — Vəfanın, Sevginin, Qəhrəmanlığın adı - VİDEO
Cəlilabadlı qadın kəndə hücum edən çaqqalı əl gücü ilə məhv etdi - VİDEO