Polis Abşeronda əməliyyatlar keçirib - VİDEO

Abşeron Rayon Polis İdarəsi və ona tabe olan Saray, Mehdiabad və Qobu Polis Bölmələrinin əməkdaşları tərəfindən hüquqpozmalara qarşı əməliyyat və profilaktik tədbirlər həyata keçirilib.
Daxili İşlər Nazirliyinin "Ulusum". az-a verdiyi məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı görülən tədbirlər nəticəsində 7 hüquqpozma faktı aşkar edilib. Həmçinin, müxtəlif cinayətlər və mülkiyyət əleyhinə əmələ görə axtarışda olan 36 nəfər saxlanılıb, 37 cinayət hadisəsinin üstü isti izlərlə açılıb. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 136, xırda xuliqanlıq və kibercinayətlərlə əlaqədar isə 43 fakt qeydə alınıb.
Profilaktik tədbirlər zamanı sakinlərdə olan odlu silah və sursatlar könüllü şəkildə polis orqanlarına təhvil verilib.
Bundan əlavə, Abşeron RPİ DYPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində spirtli içki və narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 2 sürücü aşkarlanıb, nəqliyyat vasitəsinin konstruksiyasını qanunsuz dəyişən 18, həmçinin dayanma-durma qaydalarını pozan bir sıra sürücülərlə bağlı inzibati tədbirlər görülüb.
Hazırda Abşeron rayonu ərazisində bu istiqamətdə əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 21:00
Avropada vətəndaş müharibəsi riski 95%-ə çatdı!
İdman
Dünən, 16:30
Futbol millimiz Qarabağa getdi
Hadisə
Dünən, 16:00
Tanınmış kouç və psixoloq vəfat etdi
Dünya
Dünən, 14:30
Yəmənin paytaxtında partlayışlar qeydə alındı
Populyar Xəbərlər
Filtrlərin arxasında itən gerçəklik
12 avqust – gənclərin səsi, enerjisi və gələcəyin ümididir
Rusiyada Şimali Koreyalı İşçilərə “Qul” Kimi Münasibət
Qışa hazırlıq: Bilənlər bilir…
Fərizə — Vəfanın, Sevginin, Qəhrəmanlığın adı - VİDEO
Cəlilabadlı qadın kəndə hücum edən çaqqalı əl gücü ilə məhv etdi - VİDEO