10 Aprel- 7 Şəhid, 1 Şahid

10 aprel 1997-ci il, şəhidlik zirvəsinə yüksəlmiş 8 kəşfiyyatçımızın anım günüdür. Azərbaycan xalqı bu günü II Fəxri Xiyabanda dəfn olunmuş igidlərimizi ziyarət edərək, onların ailələrinə və bütövlükdə özümüzə baş sağlığı veririk. Onların soyuq məzarlarına baxdıqca, sanki həmin günün acı xatirələrini bir daha hiss edir, qəlbimizdən keçən ifadələri təskinlik üçün deyil, ağrını yenidən yaşamış kimi sızıldayaraq anırıq.
1997-ci ilin 7 aprelində Xocavənd rayonu istiqamətində düşmənin arxasına keçən 8 nəfərlik Xüsusi Təyinatlı Kəşfiyyatçı Qrupu döyüş tapşırığını uğurla yerinə yetirmişdir. Tapşırıq düşmənin mövqeləri, canlı qüvvəsi və döyüş texnikaları haqqında məlumat toplamaqdan ibarət idi.
Ağır döyüşlər zamanı yaralanan çavuş Aqil Əhmədovun artıq öldürüldüyünü zənn edən qrup üzvləri sursatlarının bitdiyini görərək düşmən əlinə keçməmək üçün qrup şəklində bir yerə yığışaraq özlərini əl qumbarası ilə partladaraq şəhidlik zirvəsinə ucalmışlar.
Cəsarətli ürəyə sahib olan, ruhları əbədiyyata qovuşan və şəhidlik zirvəsinə mərdliklə ucalan igidlərimizi heç vaxt unutmamalıyıq.
Əməliyyat zamanı şəhid olmuş hərbçilərin nəşləri, Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində 6 aydan sonra geri alınıb. Ulu Öndər, huşsuz vəziyyətdə əsir düşmüş qrup üzvü, Ermənistanın barəsində ölüm hökmü çıxardığı çavuş Aqil Əhmədovu da iki illik əsirlik həyatından xilas edib.
Onlar Prezident Heydər Əliyev tərəfindən təltif olunmuş və igidlikləri ilə xalqımızın qəlbində əbədi yer tutmuşdur. Bu igidlərin mübarizəsi, qəhrəmanlığı və fədakarlığı heç vaxt unudulmayacaq.
Onların göstərdiyi cəsarət və fədakarlıq gələcək nəsillərə bir nümunə olaraq qalacaq. Biz keçmişin kölgəsində yaşayaraq gələcəyin günəşini görəcəyimizə və qələbə qazanacağımıza daima inandıq. Parçalanmış cəsədləriniz torpaqda qala bilər, amma qanınız illər sonra, sizdən ilhamlanan igidlərimiz tərəfindən düşmandan layiqincə qanla yuyularaq alındı. Şəhadətə ucalan bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə ağrısız və acısız uzun ömür arzulayırıq.
Şəhid olan hərbçilərimiz:
1) Leytenant Elxan Ağayev
2) Leytenant Vüqar Yərəhmədov
3) Çavuş Anar Rzayev
4) Çavuş Dinar Mustafayev
5) Çavuş Aqşin Həsənov
6) Çavuş Nizami Ələkbərov
7) Çavuş Fariz Cavadov
R.İkramlı

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Diaspora
Bu gün, 04:20
Azərbaycan Rabat Kitab Sərgisində!
Hadisə
Dünən, 20:36
Azərbaycan Ordusunun zabiti vəfat edib - FOTO
Texnologiya
Dünən, 18:03
İKTA-ya şöbə müdiri təyin edilib
İqtisadiyyat
Dünən, 17:30
FT: Çin ABŞ-la ticarətə alternativ tapıb
Populyar Xəbərlər