8-04-2025, 12:21 0 Gündəm

Bu gün Beynəlxalq Qaraçı Günüdür

Bu gün Beynəlxalq Qaraçı Günüdür
8 aprel Beynəlxalq Qaraçılar Günü, 1971-ci ildə Londonda keçirilən Birinci Ümumdünya Qaraçılar Konqresinin şərəfinə elan edilib.

Bu gün Beynəlxalq Qaraçı Günüdür


Konqresdə dünya üzrə 30-dan çox ölkənin nümayəndələri iştirak edərək, qaraçıların mədəniyyətini və qarşılaşdıqları məsələləri müzakirə ediblər.



Qaraçılarda müəyyən ənənələr mövcuddur.

Əgər qaraçının yalnız bir qulağında sırğa görsəniz, bilin ki, o, ailənin yeganə övladıdır.

Qısa saçı olan qaraçı xanımı heç görə bilməzsiniz, çünki bu, namussuzluq əlamətidir.



Qaraçılarda jurnalist peşəsi qadağan edilib və qaraçıların qulağındakı sırğalar, onun qardaş və ya bacılarının olmasını göstərir.

Hər bir qaraçı üçün ən biabırçı hal onun tabordan qovulmasıdır. Bu, yalnız "lave", yəni ağır cinayət törədildiyi zamanı ola bilər.

Qaraçıların ənənəvi yeməklərindən biri köçəri həyat tərzi səbəbindən yaranan qızardılmış kirpidir. Qaraçılar Hind-Avropa mənşəlidirlər və köçəri xalqlardandır.



Qaraçılar spirtli içkini o qədər də qəbul etmir. Gənclərə isə böyüklərin yanında içmək qadağandır.

Uşaqların övladlığa götürülməsi olduqca adi haldır. Əgər qonaqlıqda uşaq nəyisə bəyənibsə, bu ona hədiyyə edilməlidir.



Qaraçıların ölümdən əvvəl toxunduqları əşyalar çirkli sayıldığı üçün onlar ilə birlikdə torpağa tapşırılır, bir çoxları isə qaraçı qadınlarının rəngarəng ətəklərinə maraq göstərir; əslində, bu, yoxsulluqla əlaqədardır, çünki geyilən və cırılan ətəyə başqa bir parça əlavə edilərək təmir olunurdu.



Qaraçı qadınların qızıl sevgisinin də səbəbi var. Belə ki, ərindən boşanan və evdən qovulan qadın zinət əşyaları ilə birlikdə evi tərk edir.



Qaraçı qadınların gözlərinə baxmaq təhlükəlidir, çünki onlar hipnoz bacarığına malikdirlər.



Qaraçı qızları üçün ailə qurmaq yaşı 14-dür. Adətə görə, 14 yaşı tamam olan qız artıq məclislərdə oynamağa subay oğlanların və onların atalarının diqqətini çəkməyə çalışır. 19 yaşında ailə qurmayan qız "qoca qız" hesab edilir. Qaraçı ailələrində toy günü xeyli maraqlı olur.



Gəlinin atası və qardaşı ona ya kiloqram, ya da bankalarda qızıl hədiyyə edir. Bankaların içi qızıl üzük, bilərzik, sırğa ilə dolu olur.



Qaraçı ailəsi üçün toy günü qızın bakirə olması vacibdir. Həmin gün ailənin yaşlı qadınları qızın bakirə olub-olmadığını yerindəcə öyrənmək üçün gəlin otağında gizlənir. Daha sonra qanlı mələfə sinidə bütün qonaqlara göstərilir.



Qaraçılar ən qədimdən ailə qurarkən yalnız öz tayfasından olan şəxslərlə evlənir və bu ənənə bu gün də davam edir. Qaraçılar qan qohumluğunu hər şeydən üstün tuturlar və qadınların dilənərək ailələrinə baxması onların ənənələrindəndir.



Qaraçıların öz məhkəmələri vardır və burada ən hörmətli qaraçılar hakimlik edir, tərflərin arqumentlərini dinləyib hökm çıxarır, ən ciddi cəza isə icmanı tərk etməkdir.



Qaraçılar İstanbulun fəthi zamanı Avropaya daxil olublar və digər bir mülahizəyə görə, onlar eyni zamanda Bosfor və Cəbəllütariq boğazlarından Avropaya keçiblər.



Getdiyi ölkələrdə qeydiyyata düşməyən qaraçılar, sərbəst və ata gələnəkləri müstəvisində yaşam tərzi ilə seçilir və BMT-də bayrağı olan, dövləti
olmayan yeganə millətdirlər.



R.İkramlı




Bu səbəbdən onlar vizasız istənilən ölkəyə keçib gedə bilirlər, amma müasir dövrdə məskunlaşdıqları yerləri tərk etmirlər.

Tarixdə qaraçılar ən çox təqiblərə məruz qalan millət olub, Hitler onların güllələnməsi əmrini vermişdir. Son zamanlarda isə Avropada, xüsusən də Fransada, qaraçılar irqi ayrı-seçkiliyə məruz qalıblar. 1971-ci ildə Londonda keçirilən konqresdən sonra 8 aprel Beynəlxalq Qaraçı Günü kimi qeyd olunur.



Qeyd edək ki, ümumilikdə dünyada 18 milyon qaraçı var, onlardan 10 milyonu Avropada yaşayır.

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: