Trampın "Qəzzə planı" nələrə səbəb olacaq ?- Açıqlama

"ABŞ prezidenti Donald Trampın planına uyğun olaraq Qəzzə sakinlərinin köçürülməsi ciddi problemlərlə nəticələnə bilər".
“Ulusum”.az xəbər verir ki, bu barədə Ərəb Dövlətləri Liqasının keçmiş baş katibi, misirli diplomat Əmr Musa XII Qlobal Bakı Forumu çərçivəsində NEWS.ru-ya müsahibəsində bildirib. Onun fikrincə, Amerika lideri yaxın gələcəkdə bu təşəbbüsün həyata keçirilməsindən imtina edəcək.
Musa deyib: "Əminəm ki, Tramp Qəzza planının sadəcə bir tövsiyə olduğu barədə son sözlərini təsdiq edəcək. Bir milyon insanın istənilən yerə köçürülməsi qaçqınlarla bağlı ciddi problemlər yaradar. Fələstinlilərin torpaqları və evləri var və onların inandıqları hüquqlar var. Onları qovmaq həll yolu deyil." Diplomat vurğulayıb ki, bu addım regionda yalnız yeni çətinliklərə gətirib çıxaracaq.
Əmr Musa həmçinin qeyd edib ki, ərəb ölkələri Suriyada dövlət çevrilişindən sonra vəziyyətin sabitliyinin pozulmasından narahatdırlar. O, bildirib ki, "Suriyada sabitlik bütün regionda sülh üçün çox vacibdir. Suriya cəmiyyətinin müxtəlif təbəqələri arasında tökülən qanlara son qoymağın vaxtıdır. Ərəb dünyası bu problemin həllinə kömək etməli və istər regional dövlətlər, istərsə də xarici oyunçular tərəfindən xarici müdaxilələr dayandırılmalıdır."

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 20:00
ABŞ hakimiyyəti Ukrayna məsələsində mövqeyini dəyişdi
Dünya
Bu gün, 17:30
Almaniyada jurnaldan Putinə “müsbət işarə”
Dünya
Bu gün, 16:30
Argentina prezidentinə hücum edən şəxs tutuldu
Populyar Xəbərlər
Ulusum.az təqdim edir: Fuad Coğitabatı ilə düşüncə dolu söhbət - VİDEO
Trampın əlindəki göyərmə yenə diqqət çəkdi
Bakıda liposaksiya qalmaqalı: Gülbadə Abdullayevadan açıqlama - VİDEO
ABŞ-da ardıcıl atışma xəbərləri – bu dəfə Vilanova Universitetində
“Yüksək gəlir” vədi ilə aldatma: Temu adı altında fırıldaq
Ağ Evdə futbol zarafatları: Tramp dünya çempionatına hazırdır