Gabbard Edvard Snoudeni cinayətkar hesab edir

Milli Kəşfiyyat İdarəsinin rəhbəri postuna namizəd Tulsi Gabbard ABŞ Senatının Kəşfiyyat Komitəsinin iclasında keçmiş Milli Təhlükəsizlik Agentliyi (NSA) əməkdaşı Edvard Snoudeni cinayətkar hesab etdiyini bildirib.
“Ulusum”.az xarici mətbuata istinadən xəbər verir ki, Gabbard senatordan "Snoudeni cəsur hesab edib-etmədiyi" ilə bağlı sualına cavab olaraq, "Edvard Snouden qanunu pozub. Mən onun açıqladığı məlumatları və bunu etmə üsulunu dəstəkləmirəm" deyib.
Senatorun biri qeyd edib ki, Milli Kəşfiyyat İdarəsinin rəhbəri postuna namizəd olmadan əvvəl Gabbard Snoudeni "cəsur məlumat verən şəxs" adlandırmış və onun üzərindən ittihamların götürülməsi tərəfdarı olmuşdu.
Senatda Gabbard, Snoudenin işində baş vermiş məlumat sızmasının təkrarlanmaması üçün söz verib.
Snoudenin işi barədə danışarkən, o, Snoudenin narahat edən gizli məlumatları mediaya vermək yerinə, bu narahatlıqları ABŞ kəşfiyyat icmasının müxtəlif strukturları ilə paylaşmasının daha doğru olacağını təklif edib.
2013-cü ildə Snouden, ABŞ xüsusi xidmət orqanlarının dünya üzrə izləmə proqramları barədə məlumatları mediaya ötürüb. Bu məlumatlar geniş rezonans doğurub. ABŞ-da ona casusluq və dövlət mülkiyyətinin oğurlanması ittihamları irəli sürülüb. Snouden əvvəlcə ABŞ-dan Honkonqa, sonra isə Rusiyaya qaçıb.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
İqtisadiyyat
Bu gün, 20:09
İqtisadiyyat Nazirliyində yeni təyinatlar olub
Hadisə
Bu gün, 20:04
Füzulidə açıq ərazi yanır, helikopter cəlb olunub
Türkiyə / Mədəniyyət
Bu gün, 20:00
“Qızıl Aslan” üçün yarış başlayır!
Dünya
Bu gün, 18:00
Fransanın naziri korrupsiya ilə ittiham olunur
Sağlamlıq
Bu gün, 15:00
Diz ağrısının səbəbi yalnız travma deyil
Populyar Xəbərlər
Xəzər Universitetinin 54-cü Məzunluq Mərasimi – Gözəl və Yaddaqalan Anlar! - FOTO
Xəzər Universiteti ilə Qürur Dolu Anlar: “MƏZUN-2025” Tədbiri - VİDEO
Şair İbrahim İlyaslı nələrdən danışdı? - REPORTAJ
Ana qəlbinə toxunan şəfalı əllər – bir ürəyə ümid, bir ailəyə sevinc - FOTO
Xamenei ABŞ-a xəbərdarlıq etdi: Daha güclü zərbə mümkündür
Reproduktiv Gücün Formulu: Kişi Sağlamlığı üçün 9 Vacib Nutrient