23-07-2025, 15:30 0 Hadisə / Dünya

“Ağ Gladis”in intiqamı – Orkalar Avropa gəmilərinə hücum edir

“Ağ Gladis”in intiqamı – Orkalar Avropa gəmilərinə hücum edir
Telegraph nəşrinin məlumatına görə, bir qrup qatil balina Avropa sularında gəmilərə qarşı qeyri-adi aqressiv davranış nümayiş etdirir. Bu dəniz yırtıcılarının belə aktivliyinin yaralanmış bir dişi balina – "Ağ Gladis" ləqəbli orkanın intiqamı ilə bağlı olduğu ehtimal olunur.

Mütəxəssislər bildirirlər ki, ehtimal ki, bu balina qayıqla toqquşma nəticəsində və ya brakonyerlərin hərəkətləri səbəbindən xəsarət alıb və daha sonra digər balinaları qayıqlara hücum etməyə "öyrədib".

İspaniyanın Baska ölkəsi sahillərində orkaların hücum etdiyi bir hadisədən sonra iki dənizçi sahil mühafizəsi tərəfindən xilas edilib.

Tədqiqatçıları xüsusilə narahat edən məqam isə təhlükəli bölgənin sürətlə genişlənməsidir. İlk hücumlar 2020-ci ildə Cəbəllütariq sularında başlasa da, zamanla bu davranış Fransa və İspaniya sahillərinə qədər yayılıb. Alimlərin proqnozuna görə, yaxın zamanda bu cür hücumlar Böyük Britaniya sahillərində də müşahidə oluna bilər ki, bu da bölgədə gəmiçiliyə yeni risklər yaradır.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: