NYT: Trampın Tülsi Qabbardın namizədliyinə şübhələri və mühafizəkarların narahatlığı

ABŞ prezidenti Donald Tramp, Tülsi Qabbardın Milli Kəşfiyyat Direktoru vəzifəsinə Konqres tərəfindən təsdiqlənmə şanslarına əmin olmadığını bildirib. “Ulusum”.az xəbər verir ki, "The New York Times" qəzetinin məlumatına görə, Tramp özəl müzakirələrdə müttəfiqlərinə Qabbardın kabinetdə təsdiqlənməsi ilə bağlı narahatlığını ifadə edib.
Mühafizəkarlar Qabbardın "qeyri-ənənəvi düşüncə tərzi"ni tənqid edərək onun ənənəvi yollarla hərəkət edə bilməyəcəyini düşünürlər. Bundan əlavə, Edvard Snoudenin müdafiəçisi olması onun mühafizəkar dairələrdə narazılıq yaratmasının əsas səbəblərindən biridir.
Daha əvvəl "Axios" nəşri, Qabbardın elektron nəzarət məsələsində mövqeyini dəyişdiyini qeyd edib. İndi o, Xarici Kəşfiyyat üzrə Müşahidə Qanununun 702-ci maddəsini dəstəkləyir və bu proqramın ölkəni qorumaqla yanaşı, amerikalıların vətəndaş azadlıqlarını təmin edəcəyini bildirib.
Məqalədə vurğulanır ki, Qabbardın mövqeyindəki dəyişiklik onun namizədliyinin çətinliklərlə üzləşdiyi bir dövrə təsadüf edir. Əvvəllər o, bu təşəbbüsü tənqid edir və qanunvericilik səviyyəsində ləğvini təklif edirdi.
Bu məqamlar Qabbardın namizədliyinin müzakirələrində həm siyasi, həm də ideoloji gərginlik yaratmaqdadır.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 09:27
Naxçıvanda sahibkarlığın inkişafı üçün gömrük güzəştləri və dəstək mexanizmləri müzakirə edildi
Cəmiyyət
Dünən, 13:50
Hava proqnozu açıqlandı - Sabah leysan yağacaq
Cəmiyyət
Dünən, 13:10
Almaniya bu vətəndaşları deportasiya edəcək
Populyar Xəbərlər
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Çarli Kirk hadisəsindən sonra Tramp üçün təhlükəsizlik artırıldı
Tovuzda istifadəyə yararsız transformator niyə illərdir təhlükə saçır? - FOTO
Qətərdəki zərbə – ABŞ əvvəlcədən xəbərdar idi