Fransanın naziri korrupsiya ilə ittiham olunur

Fransanın mədəniyyət naziri Raşidə Dati Avropa Parlamentində fəaliyyət göstərdiyi illərlə bağlı korrupsiya ittihamı ilə məhkəməyə veriləcək. Bu barədə eurointegration.com.ua xəbər verir.
İstintaqa görə, Dati 2010–2012-ci illərdə Renault-Nissan konserninin sabiq rəhbəri Karlos Qon üçün konsaltinq xidməti göstərib və bunun müqabilində 900 min avro alıb. Həmin dövrdə isə o, Avropa Parlamentinin deputatı olub və bu fəaliyyət lobbizm xarakteri daşıdığı üçün qanunsuz sayılır.
Raşidə Datiyə "seçilmiş şəxs tərəfindən passiv korrupsiya" və "vəzifədən sui-istifadə yolu ilə gəlir əldə etmək" ittihamları irəli sürülüb.
Qeyd edək ki, Dati hazırkı hökumətdə önəmli fiqurlardan biri sayılır və “Respublikaçılar” partiyasından Paris meri postuna əsas namizəd kimi göstərilir. Dava həmçinin Fransua Bayrunun rəhbərlik etdiyi hökumətə ciddi zərbə vura bilər.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 09:27
Naxçıvanda sahibkarlığın inkişafı üçün gömrük güzəştləri və dəstək mexanizmləri müzakirə edildi
Cəmiyyət
Dünən, 13:50
Hava proqnozu açıqlandı - Sabah leysan yağacaq
Populyar Xəbərlər
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Çarli Kirk hadisəsindən sonra Tramp üçün təhlükəsizlik artırıldı
Tovuzda istifadəyə yararsız transformator niyə illərdir təhlükə saçır? - FOTO
Qışa tərəvəzli ragu hazırlayırıq