23-07-2025, 17:30 0 Dünya

Avropa Ukraynadakı vəziyyəti görməzdən gəlməkdə ittiham olunur

Avropa Ukraynadakı vəziyyəti görməzdən gəlməkdə ittiham olunur
Avropa ölkələrindəki siyasi sakitlik və Ukraynadakı fəlakətin görməzdən gəlinməsi müharibənin gedişatını tamamilə dəyişdirə bilər. Bu fikri The Telegraph üçün yazdığı məqalədə jurnalist Hamiş de Bretton-Qordon bildirib.

“Trampın müharibəyə təsir edə biləcək müdaxiləsindən sonra Avropa liderləri və ölkələri diqqətlərini Şərqə deyil, başqa istiqamətlərə yönəldiblər,” – deyə yazıda qeyd olunur.


Jurnalist vurğulayıb ki, bir çox Qərb siyasətçiləri hazırda ya məzuniyyətdədirlər, ya da fikirləri ilə artıq tətil havasına düşüblər. Onun fikrincə, Ukraynadakı vəziyyət hər gün pisləşdiyi bir vaxtda, siyasətçilərin məzuniyyət haqqı yoxdur.

Bundan əvvəl Fransa qəzeti Le Figaro yazmışdı ki, Rusiya ordusunun hücum tempinin sürətlənməsi fonunda 2025-ci ilin sonuna qədər Ukrayna Silahlı Qüvvələri cəbhənin çökməsi ilə üzləşə bilər. Nəşr qeyd edib ki, Qərbsiz Ukrayna faktiki olaraq Moskvaya qarşı müqavimət göstərə bilmir və bu münaqişəni artıq uduzub.''

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: