Rusiyalı deputat Çepa: 2025-ci ildə Ukrayna münaqişəsi başa çatacaq

"Ukrayna münaqişəsi 2025-ci ildə başa çatacaq", - bu fikri Rusiya Dövlət Dumasının deputatı Aleksey Çepa "Lenta.ru" ilə söhbətində səsləndirib. O, tərəflərin atəşkəs barədə razılığa gələcəyinə və münasibətlərin tədricən normallaşacağına əmin olduğunu ifadə edib.
“Hesab edirəm ki, 2025-ci ildə hər şey başa çatacaq. Ümid edək ki, addım-addım bu hekayəni bağlayacağıq. Əlbəttə, buna mane olmaq istəyən qüvvələr olacaq, lakin ən azından qarşıdurmanın isti fazası başa çatacaq,” – deyə siyasətçi əminliyini ifadə edib.
Onun sözlərinə görə, döyüş əməliyyatlarının tezliklə başa çatmasına bir sıra amillər işarə edir: bunlar həm münaqişə zonasında mövcud vəziyyət, həm də ABŞ-ın yeni prezidenti Donald Trampın hakimiyyətə gəlməsidir.
“Görək, NATO-nun mövqeyi necə dəyişəcək. Amma aydındır ki, hamı ilk növbədə ABŞ-ın hansı mövqe göstərəcəyini gözləyir,” – deyə Çepa bildirib. – “Demokratlardan respublikaçılara keçidin özü bizim üçün pozitivdir: partiyalar arasında maliyyə axınları ilə bağlı mübahisələr və daxili problemlərin həlli gündəmə gələcək. Hamı başa düşür ki, münaqişədən çıxış yolu tapmaq lazımdır və Tramp üçün bunu keçmiş prezident Co Baydendən daha asan etmək mümkün olacaq.”
Deputat hesab edir ki, münaqişənin həlli üçün ilk addım Ukraynanın NATO-ya qoşulmaması barədə razılığın əldə olunmasıdır. Yalnız bundan sonra digər məsələlərin həlli mümkün ola bilər.
“Əsas məsələ Ukraynanın blokdan kənar olmasıdır. Bu olmadan, sadəcə, atəşkəsi dayandırmaq hərbi baxımdan mümkün deyil” – deyə Çepa yekunlaşdırıb.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 12:00
Trampın görüşü Fransada “alçaldıcı” adlandırıldı
Cəmiyyət
Bu gün, 11:19
Azərbaycanda hava kəskin dəyişir
Cəmiyyət
Bu gün, 09:41
Bakının iki rayonunda qaz fasilələrlə veriləcək
Siyasət
Bu gün, 09:30
Tramp məsuliyyəti Moskvaya və Kiyevə yönəltdi
Texnologiya
Dünən, 21:00
SpaceX-in böyük hədəfi: Marsda ilk şəhər
Populyar Xəbərlər
Qışa hazırlıq: Bilənlər bilir…
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO
Ağ Evdə Tramp və Zelenskinin görüşü keçirilir - VİDEO
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO
Yazıçı Vüqar Tapdıqlı vəfat edib