Bu gün, 13:56 0 Dünya

Meksika prezidenti ABŞ-a tabe olmağı rədd etdi

Meksika prezidenti ABŞ-a tabe olmağı rədd etdi
Meksika ABŞ-la narkokartellərə qarşı mübarizə və miqrasiya məsələlərində əməkdaşlığa hazırdır, lakin bütün razılaşmalar yalnız qarşılıqlı hörmət əsasında və tabeçiliksiz imzalanacaq. Bu barədə Meksika prezidenti Klaudia Şeinbaum açıqlama verib. Onun sözlərini Axios yayıb. Şeinbaum bildirib ki, yeni razılaşmalar məsuliyyət, etimad, hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanmalıdır, amma heç bir halda tabeçilik olmamalıdır.

Digər tərəfdən, Kolumbiya federal dairə apellyasiya məhkəməsi ABŞ prezidenti Donald Trampın hazırda qüvvədə olan bir çox tarifləri, o cümlədən Çin, Kanada və Meksikaya qarşı tədbirləri tətbiq etmək səlahiyyətinə malik olmadığına dair qərar çıxarıb. Lakin Tramp bəyan edib ki, onun prezidentliyi dövründə tətbiq edilən bütün gömrük rüsumları qüvvədə qalır və apellyasiya məhkəməsinin qərarı belə bu mövqeyini dəyişməyəcək.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: