Bu gün, 12:00 0 Dünya

Fələstin lideri Qəzza üçün beynəlxalq əməkdaşlığa açıqdır

Fələstin lideri Qəzza üçün beynəlxalq əməkdaşlığa açıqdır
Fələstin Milli Administrasiyasının (FMA) sədri Mahmud Abbas bəyan edib ki, FMA Qəzza sektorunun idarəçiliyini üzərinə götürməyə hazırdır. O, bu prosesdə xarici tərəfdaşların da cəlb olunma ehtimalını istisna etməyib. Bu barədə The Jerusalem Post yazır.

Abbas dəqiqləşdirib ki, FMA Qəzzanın idarə olunması məsələsində ərəb və ya digər beynəlxalq əməkdaşlığa açıqdır. Bununla yanaşı, o, Administrasiyanın ərazini müstəqil idarə etmək üçün bütün imkanlara malik olduğunu vurğulayıb.

Siyasətçi bir daha İsraili fələstin dövlətinin yaradılmasına mane olmaqda ittiham edib və yəhudi dövlətinin “bütün Fələstini məhv etməyə çalışdığını” söyləyib. Abbas xatırladıb ki, FMA hələ 1988-ci ildə İsraili tanıyıb, lakin bu, İsrailin fələstin dövlətçiliyinə münasibətini dəyişməyib.

Sonda Abbas Fələstinin BMT-də tamhüquqlu üzv statusu almasına nail olmağa çalışacağını bildirib.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: