Bu gün, 16:00 0 Dünya

Husilər Qırmızı dənizdə İsrail tankerinə hücum etdi

Husilər Qırmızı dənizdə İsrail tankerinə hücum etdi
Husilər Qırmızı dənizdə İsrailə məxsus Scarlet Ray adlı neft tankerinə zərbə endiriblər. Bu barədə Reuters Britaniyanın dəniz təhlükəsizliyi üzrə Ambrey şirkətinə istinadən xəbər verib.

“İsrailə məxsus, Liberiya bayrağı altında üzən tanker Səudiyyə Ərəbistanının Yanbu liman şəhərindən cənub-qərbdə yaxınlıqda partlayış baş verdiyini bildirib”, — deyə məlumatda qeyd olunub.


Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatına görə, gəmi heyəti “naməlum mərminin yaxın məsafədə suda sıçrayış yaratdığını və güclü partlayış səsi eşitdiklərini” xəbər verib. Bildirilib ki, gəminin bütün heyəti təhlükəsizlikdədir və tanker marşrutu üzrə hərəkətini davam etdirir.

Sonradan Britaniya şirkəti əlavə edib ki, tanker Yəmən husilərinin hədəflərinə “uyğun gəlir”, çünki açıq şəkildə İsrailə məxsusdur.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: