Bu gün, 14:30 1 Hadisə

Qaraçuxurda hərbi sursat aşkar edilib - VİDEO

Qaraçuxurda hərbi sursat aşkar edilib - VİDEO
Bakıda, Qaraçuxur qəsəbəsində hərbi sursat aşkar edilib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hərbi sursat qəsəbənin A.A.Şadlınski küçəsində aşkar edilib.

Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.



Ulusum.az

Şərhlər:
zulfiye
3 saat əvvəl

yasasin AZERBAYCAN!!!

Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: