Bu gün, 17:30 0 Dünya

Ərdoğan Ukrayna üzrə vasitəçilik rolunu vurğuladı

Ərdoğan Ukrayna üzrə vasitəçilik rolunu vurğuladı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə söhbətində bildirib ki, Ukrayna ilə bağlı İstanbul danışıqları münaqişənin sülh yolu ilə həllinə töhfə verib. Onun sözlərinə görə, Türkiyənin səyləri ədalətli və dayanıqlı sülhün təmin edilməsinə yönəlib. Bu barədə TASS, Ərdoğanın Administrasiyasının görüşün nəticələri ilə bağlı açıqlamasına istinadən xəbər verib.

“Prezidentimiz qeyd edib ki, Ukraynada müharibənin dayandırılması və ədalətli, davamlı sülhün qurulması istiqamətində Türkiyənin səyləri davam edir. Onun fikrincə, İstanbul danışıqları sülh prosesinə mühüm töhfə verib”, — bəyanatda deyilir.


Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: