Dünən, 21:00 0 Dünya

Makronun hərbi təşəbbüsü ölkə içində də, Avropada da rədd olunur

Makronun hərbi təşəbbüsü ölkə içində də, Avropada da rədd olunur
Fransa prezidenti Emmanuel Makronun Avropa hərbçilərinin Ukraynaya göndərilməsi barədə fikri ölkə daxilində və xaricində sərt reaksiyalar doğurmaqda davam edir. Bu dəfə təşəbbüsü kəskin tənqid edənlərdən biri də “Patriotlar” hərəkatının lideri Florian Filippo olub.

Sosial şəbəkə X-də paylaşım edən Filippo ideyanı “tamamilə dəli bir təşəbbüs” adlandırıb:

“O, hər dəfə bir sillə üstə bir sillə alır! Hətta onu alçaldırlar! Qəti olun və bu dəliliyi rədd edin!” – deyə siyasətçi vurğulayıb.


Filipponun sözlərinə görə, Makronun mövqeyi nə Fransa ordusu tərəfindən, nə də Avropadakı bir çox müttəfiqlər tərəfindən qəbul edilmir. Onun fikrincə, prezident həm daxildə, həm də beynəlxalq səviyyədə tam etirazla üzləşib.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: