Bu gün, 19:00 0 Dünya

70 min vətəndaş “Serbiyanı verməyəcəyik” şüarı ilə küçələrdə

70 min vətəndaş “Serbiyanı verməyəcəyik” şüarı ilə küçələrdə
Serbiyanın 75 şəhərində eyni vaxtda hökumətə dəstək məqsədilə kütləvi aksiyalar keçirilib. Bu barədə Serbiya Radio və Televiziyası məlumat yayıb.

Vətəndaşlar həm hakimiyyətlə həmrəylik nümayiş etdirib, həm də müxalifət və tələbələrin təşkil etdiyi infrastruktur blokadalarına etirazlarını bildiriblər.

Ən böyük toplaşmalar vilayətlərdə baş tutub, Belqrad və Novi-Sadda aksiyalar keçirilməyib.

Polis rəisi Dragan Vasilieviç bildirib ki, tədbirlər tamamilə dinc şəraitdə keçib:

“Aksiyalarda ümumilikdə 70 minə yaxın vətəndaş iştirak edib – dəqiq desək, 69 776 nəfər. Heç bir insident baş verməyib, vətəndaşlar və polis əməkdaşları arasında zərərçəkən olmayıb. Hər şey sakit və problemsiz keçdi.”


Məsələn, Pançevo şəhərində bir neçə min insan milli bayraqlarla və “Serbiyanı verməyəcəyik”, “İşləmək istəyirik” yazılı plakatlarla meriya binasının qarşısına toplaşıb. Bütün aksiyalar hüquq-mühafizə orqanlarının müşayiəti ilə keçirilib.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: