Bu gün, 09:00 0 Dünya

İsrail ordusu Qəzza şəhərinə hücuma başladı

İsrail ordusu Qəzza şəhərinə hücuma başladı
İsrail ordusu Qəzza şəhərinə hücuma başlayıb. Şəhərin ətraf əraziləri artıq nəzarətə götürülüb. Bu barədə The Jerusalem Post məlumat yayıb.

İsrail Müdafiə Ordusunun (ÇAXAL) sözçüsü, briqada generalı Efraim Defrin hücumun başlandığını təsdiqləyib. O bildirib ki, şəhərin nəzarətdə saxlanılması üçün qoşunların sayı artırılacaq — yalnız bu həftə 60 min nəfərə çağırış vərəqəsi göndəriləcək, avqustun sonuna qədər isə əlavə 20 min nəfər çağırılacaq.

General əlavə edib ki, ÇAXAL Qəzzadan mülki əhalinin təxliyəsi, həmçinin onlara humanitar və tibbi yardım göstərilməsi üzərində işləyir. Onun sözlərinə görə, bu həftə XAN-Yunis bölgəsində 15-dən çox HƏMAS silahlısı ÇAXAL postuna hücum etməyə cəhd göstərib. Hücum nəticəsində 3 əsgər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: