Bu gün, 10:30 0 İdman

Fransanın “Ayaccio” klubu iflasla üz-üzə – məşq mərkəzi bağlanır

Fransanın “Ayaccio”  klubu iflasla üz-üzə – məşq mərkəzi bağlanır
Fransanın “Ayaccio” futbol klubu iflas proseduruna başlayıb. Bu barədə Le Parisien məlumat yayıb.

Bildirilir ki, avqustun 18-də klub rəhbərliyi Ayaccio şəhər məhkəməsinə iflasla bağlı rəsmi müraciət təqdim edib. Nəticədə klubun 180 əməkdaşı işdən azad olunacaq, həmçinin məşq mərkəzi bağlanacaq.

Qeyd edək ki, avqustun 13-də Fransa Futbol Federasiyası (FFF) 2024/25 mövsümündə Liqa 2-də 12-ci yeri tutan “Ayaccio”nu bütün milli yarışlardan uzaqlaşdırmışdı.

Bununla belə, klub 3-cü diviziona qatılmaq ümidi saxlayır. Lakin bunun üçün FFF-in qərarından apellyasiya vermək məqsədilə bir neçə yüz min avro vəsait toplaması tələb olunur.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: