Daxili Qoşunların yaranmasının ildönümü qeyd edilib - VIDEO

Martın 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunları yaranmasının növbəti ildönümü qeyd edilib.
DİN-dən APA-ya verilən məlumata görə, bu münasibətlə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov, Daxili Qoşunların rəhbər heyəti və hərbi qulluqçuları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
Həmin gün Daxili Qoşunların Baş İdarəsində təntənəli mərasim keçirilib. Tədbirdə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların, eləcə də bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Əlamətdar gün münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ən xoş arzularını şəxsi heyətə çatdıran general-polkovnik Vilayət Eyvazov təməli Milli Lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu ənənələrinin bu gün də uğurla davam və inkişaf etdirildiyini vurğulayıb.
Nazir Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqət və qayğısı sayəsində Daxili Qoşunların qarşıya qoyulan istənilən döyüş tapşırığını keyfiyyətlə yerinə yetirməyə qadir olan peşəkar birləşməyə, sabitliyin təminatçılarından və dövlətçiliyin dayaqlarından birinə çevrildiyini, maddi-texniki bazasının, kazarma-yaşayış fondunun yaxşılaşdırılması, hərbi hissələrin müasir silah, texnika, xüsusi vasitələrlə təchizatı üçün məqsədyönlü tədbirlər həyata keçirildiyini bildirib.
O, DİN-in Daxili Qoşunlarının ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində göstərdiyi şücaəti, respublikamızın hər yerində, o cümlədən işğaldan azad edilmiş şəhər və rayonlarda hərbi qulluqçuların polis əməkdaşları ilə birlikdə ictimai asayişin, təhlükəsizliyin qorunmasında göstərdiyi xidmətlərini Prezidentin yüksək qiymətləndirdiyini məmnunluqla qeyd edib.
Bildirilib ki, ölkədə cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və hüquq qaydasının qorunmasında, silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində, ölkəmizdə keçirilən “COP29” kimi mötəbər beynəlxalq tədbir zamanı qoşunların şəxsi heyəti üzərinə düşən xidməti vəzifələri layiqincə yerinə yetirib.
Nazir xidmətdə fərqlənən hərbi qulluqçuların peşə bayramı ərəfəsində də dövlət mükafatlarına layiq görülməsinin möhtərəm Prezidentin qoşunların şəxsi heyətinin əməyinə verdiyi ali dəyərin və yüksək etimadının əyani ifadəsi olduğunu diqqətə çatdırıb.
Tədbirə yekun vuran nazir V.Eyvazov Daxili Qoşunların qarşıda duran başlıca vəzifələrini qeyd edərək tapşırıq və tövsiyələrini verib.
Sonra xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunun təltif edilməsi barədə daxili işlər nazirinin və nazir müavini - daxili qoşunların komandanının imzaladıqları əmrlər elan olunaraq mükafatlar sahiblərinə təqdim edilib.
Tədbir bədii hissə ilə davam edib.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
İdman
Bu gün, 10:49
Virat Kohli-dən CSK üzərində qələbə və dostluq jesti
Siyasət
Bu gün, 09:34
Pahalgam Hücumu və Hindistan-Pakistan Gərginliyi
Cəmiyyət
Bu gün, 09:00
DİN valideynlərə çağırış etdi: Övladlarınızın internet təhlükəsizliyinə diqqət yetirin
Maraqlı
Dünən, 21:30
Yeni evdə yaşamaq xəstələnmək deməkdir? – Təhlükə düşündüyünüzdən daha yaxındadır
Populyar Xəbərlər
Ufada Qələbə Gününə Həsr Olunmuş Teatr Tədbiri - FOTO- VİDEO
Şuşa – Qəlbimizin Zirvəsi, Tariximizin İşığı - VİDEO
Müğənni Günəş estetik cərrahdan şikayətçidir: Çılpaq fotolarımı yayımladı - VİDEO
Ölkəmizi Çində uğurla təmsil edən azərbaycanlı gənc
Naxçıvanda hərbi sursatlar aşkar edilib, zərərsizləşdirilib: FOTO- VİDEO
Sima Acan – Kanadada seçilmiş ilk türk əsilli deputat oldu