Bu gün, 14:30 0 Dünya

"Qorxu və dəhşət Kralı" Tramp üçün ideal sonu düşündü

"Qorxu və dəhşət Kralı" Tramp üçün ideal sonu düşündü
Qorxu və dəhşət janrının ulduzu, məşhur yazıçı Stephen King, The Guardian-la müsahibəsində Donald Trampın prezidentliyini “tarixi dəhşət” adlandırıb. King, bu “qorxulu nağılın” ideal sonunun 45-ci ABŞ prezidentinin impiçmenti olacağını bildirib və Trampın hakimiyyətdən uzaqlaşmasını arzuladığını qeyd edib.

Lakin yazıçı, ən pis ssenari kimi Trampın üçüncü dəfə seçilərək bütün gücü öz əlində toplamasını görür – bu, onun fikrincə, həqiqi kabus olardı. King müsahibəsində vurğulayıb:

“Bu, mənim üçün impiçment olardı. Mən istəyərdim ki, o, istefaya getsin. Hər halda, bu bir dəhşət hekayəsidir. Tramp – dəhşət hekayəsidir, elə deyilmi?”


Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: