Dünən, 09:00 0 Dünya

Trampın “Marşrutu”nu bloklamaq istəyənlərə ABŞ-dan mesaj

Trampın “Marşrutu”nu bloklamaq istəyənlərə ABŞ-dan mesaj
"Biz müəyyən hərəkətlərlə bağlı nə edə biləcəyimiz və ya edə bilməyəcəyimiz barədə fərziyyələr irəli sürməyəcəyik. Bütün dünya bilir ki, ABŞ Prezidenti Donald Trampa ciddi yanaşmaq lazımdır. Bu razılaşma onun üçün önəmlidir."


Bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Təmmi Bryus, İran və ya Rusiya “Tramp Marşrutunu” bloklamağa cəhd edərsə, ABŞ-ın hansı addımlar atacağı ilə bağlı suala cavab olaraq deyib.

O qeyd edib ki, daha əvvəl Aİ, Fransa, Rusiya və ABŞ-ın keçmiş prezidenti Co Bayden Bakı ilə İrəvan arasında sülh prosesində vasitəçilik etməyə çalışsalar da, real nəticəyə yalnız Tramp nail olub.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: