Bu gün, 09:00 0 Dünya

ABŞ Maduronun tutulmasına görə mükafatı 50 milyon dollara qaldırdı

ABŞ Maduronun tutulmasına görə mükafatı 50 milyon dollara qaldırdı
ABŞ Venesuela Prezidenti Nikolas Maduronun tutulmasına aparan məlumat üçün vədinə verdiyi mükafatı rekord səviyyəyə – 50 milyon dollara qaldırdığını rəsmən elan edib. Bu barədə ölkənin baş prokuroru Pəm Bondi “X” sosial şəbəkəsində məlumat verib. O, həmçinin Maduronun “beynəlxalq terror təşkilatları ilə əməkdaşlıq edərək ABŞ-a narkotik tədarükü”ndə ittiham olunduğu bir video da paylaşıb.

“Bu gün Ədliyyə Nazirliyi və Dövlət Departamenti Nikolas Maduronun saxlanmasına gətirib çıxaracaq informasiya üçün 50 milyon dollar mükafat elan edir”, – deyə Bondi qeyd edib.


ABŞ Ədliyyə Nazirliyi Venesuela prezidentini “dünyanın ən böyük narkotacirlərindən biri” və “ABŞ-ın milli təhlükəsizliyinə təhdid” adlandırıb. Məhz bu səbəbdən onunla bağlı məlumat üçün təklif edilən mükafat kəskin şəkildə artırılıb. 2020-ci ildə sabiq prezident Donald Tramp dövründə bu mükafat 15 milyon dollar idi. 2024-cü ilin yanvarında isə keçmiş prezident Co Bayden Maduro andiçməsindən öncə məbləği 25 milyon dollara qaldırmışdı.

Ulusum.az


Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: