Qəzzada 7 aylıq körpə aclıqdan öldü – İsrail “susuzluğu və aclığı” silaha çevirib

İsrail ordusunun intensiv hücumları ilə yanaşı, humanitar yardımın qarşısını alaraq aclıq şəraitini məcburi hala gətirdiyi Qəzza zolağında daha bir körpənin aclıqdan həyatını itirdiyi bildirilib.
Fələstin xəbər agentliyi WAFA-nın məlumatına görə, Qəzza şəhərindəki Şifa xəstəxanasında 7 aylıq Mühəmməd İbrahim Adəs adlı körpə, kəskin aclıq və körpə qidasının olmaması səbəbindən dünyasını dəyişib.
İsrailin hücumları və humanitar yardımı məhdudlaşdıran sərt blokadası nəticəsində Qəzzada aclqdan ölənlərin sayı ən azı 134 nəfərə çatıb, onların 88-i uşaqdır.
Hal-hazırda Qəzza zolağında aclıq, susuzluq, dərman, tibbi avadanlıq və gigiyena vasitələrinin olmaması nəticəsində böyük bir humanitar fəlakət yaşanır. Ən çox təsirlənən isə uşaqlardır.
Yerli və beynəlxalq təşkilatlar İsrailin “aclıq və susuzluğu silaha çevirdiyini” bildirirlər.
İsrail ordusu mülki infrastrukturu hədəf alaraq Qəzzanın təxminən 88 faizini yerlə-yeksan edib, əhali isə dəfələrlə zorla köçürülüb. Təxminən 2,3 milyon nəfərin yaşadığı Qəzzada 2 milyona yaxın insan öz evindən didərgin salınıb.
İnsanlar əsas ehtiyaclardan məhrum halda çadırlarda, ya da məktəblərdə - gigiyenik şəraitin olmadığı, yoluxucu xəstəliklərin yayıldığı yerlərdə yaşamağa məcbur edilir. İsrail ordusu isə gündəlik hücumlarla bu çadırları və mülki yaşayış məntəqələrini bombalayır.
2023-cü ilin 7 oktyabrından bəri İsrailin Qəzzaya qarşı həyata keçirdiyi hücumlar nəticəsində ən azı 59 min 821 fələstinli həyatını itirib, 144 min 851 nəfər isə yaralanıb.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
İqtisadiyyat
Bu gün, 14:03
SOCAR-dan yeni hesabat: Rəqəmlər açıqlandı
Şou-biznes
Bu gün, 13:30
Maykl Ceksonun bir cüt corabı 6 min avroya satıldı
Maraqlı
Bu gün, 12:00
ABŞ-da "ən yaşlı körpə" doğuldu
Populyar Xəbərlər
"DNK Hospital"-dan açıqlama: Ayaz Məmmədov sağdır, yayılan xəbərlər həqiqəti əks etdirmir
ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi
Trampdan Epşteyn etirafı: “Gənc qızlarımızı oğurlayırdı, qovdum!”
İşdə stress? Sakitliyi qorumağın 5 asan yolu
Şaolin baş keşişinin sirləri: Qanun pozuntuları və gizli həyat ifşa olundu