Dünən, 15:30 0 Dünya

NASA 5-dən 1 əməkdaşla vidalaşmağa hazırlaşır

NASA 5-dən 1 əməkdaşla vidalaşmağa hazırlaşır
ABŞ-ın Milli Kosmik Agentliyi – NASA sarsıdıcı itki ilə üzləşib. Təxminən 4000 nəfər əməkdaş könüllü şəkildə istefa ərizəsi yazıb. Bu qərarın arxasında Prezident Donald Trampın federal xərcləri azaltmaq planı dayanır.

Amerika mediasının yaydığı məlumata görə, agentliyin 20%-dən çox heyəti artıq vidalaşmağa hazırdır. NASA-da hazırda 18 minə yaxın insan çalışır. Yeni maliyyə ilində isə agentliyin büdcəsi 24% azaldılacaq.

Bu vəziyyətə etiraz olaraq NASA-nın keçmiş və hazırkı əməkdaşlarından ibarət 360 nəfərlik qrup "Voyajyor Bəyannaməsi" yayımlayıb. Onlar son altı ayda baş verənləri "israfçı dəyişikliklər" adlandıraraq, agentliyin missiyasına ciddi zərbə vurulduğunu bildiriblər.

Kosmik araşdırmaların ürəyi sayılan NASA indi öz daxilində "qara dəlik"lə üz-üzədir.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: