Bill Gates-ə məxsus olduğu deyilən super yaxta satışa çıxarılır

Tikinti mərhələsində Bill Gates-ə məxsus olduğu iddia edilən dünyanın ilk hidrogenlə işləyən super yaxtası Breakthrough (azərbaycanca: Çığır Açan), sentyabr ayında keçiriləcək Monako Yaxta Sərgisində satışa çıxarılacaq.
Niderlandda yerləşən Feadship Tersanəsi tərəfindən inşa edilən və Edmiston adlı yaxt brokerlik şirkətinin sifarişi ilə hazırlanan bu 119 metrlik Breakthrough, suya buraxıldıqdan sonra tamamilə hidrogen enerjisi ilə işləyən ilk super yaxta olaraq tarixə düşüb.
Daxilində kinoteatr, iki ofis, kitabxana, basketbol meydançası və demək olar ki, tam təchizatlı xəstəxana otağı da olan bu yaxtanın Microsoft-un sahibi Bill Gates-ə məxsus olduğu barədə iddialar ortaya atılsa da, bu şayiələr təsdiqlənməyib.
Edmiston şirkəti sentyabrda Monakoda keçiriləcək sərgidə yaxtanı nümayiş etdirəcəyini və satışa çıxaracağını açıqlayıb. Yaxtanın satış qiyməti 645 milyon dollar olaraq müəyyən edilib.
Dörd mərtəbəli ev kimi dizayn edilən bu super yaxtada 12 qonaq kabinası və 2 heyət kabini var. Ümumilikdə 44 nəfərlik ekipajın işləyə biləcəyi Breakthrough-un 14 eyvanı mövcuddur.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 09:27
Naxçıvanda sahibkarlığın inkişafı üçün gömrük güzəştləri və dəstək mexanizmləri müzakirə edildi
Populyar Xəbərlər
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Çarli Kirk hadisəsindən sonra Tramp üçün təhlükəsizlik artırıldı
Tovuzda istifadəyə yararsız transformator niyə illərdir təhlükə saçır? - FOTO
Qışa tərəvəzli ragu hazırlayırıq