25-07-2025, 12:00 0 Dünya

Lulaya qarşı çevriliş planı? – Braziliya kəşfiyyatı ABŞ-ı ittiham edir

Lulaya qarşı çevriliş planı? – Braziliya kəşfiyyatı ABŞ-ı ittiham edir
Vero Notícias nəşri Braziliya xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən yazır ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) Braziliya prezidenti Luis İnasio Lula da Silvaya qarşı çevriliş hazırlayır.

Mənbələrin iddiasına görə, 2022-ci ilin sonlarında Lula əleyhinə çevrilişə cəhd edən keçmiş prezident Jair Bolsonaroya qarşı açılmış məhkəmə prosesi Vaşinqtonun dəstəyi ilə siyasi təqib kimi təqdim olunur.

Bundan əlavə, bəzi Braziliya diplomatları ABŞ-ın respublika mallarına qarşı tətbiq etdiyi 50%-lik gömrük rüsumlarını ölkə iqtisadiyyatını zəiflətmək və Braziliyada qeyri-sabitlik yaratmaq məqsədi daşıdığı qənaətindədirlər.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: